Davud Əli oğlu Qədiməliyev - N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti biotexnologiya kafedrasının professoru, biologiya elmləri doktoru[1].
Davud Qədiməliyev | |
---|---|
Davud Əli oğlu Qədiməliyev | |
Doğum tarixi | |
Doğum yeri |
Mingəçevir Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Atası | Əli |
Elm sahəsi | Biotexnologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Mordoviya Dövlət Universitetinin professoru |
Təhsili |
7 noyabr 1952-ci ildə Mingəçevir şəhərində anadan olub. Mordoviya Dövlət Universitetinin fizika fakültəsini bitirib (1975). Bioloji elmlər namizədi (1985), bioloji elmlər doktoru (2003). Dosent (1994). MDU biotexnologiya kafedrasının professoru (2003 - 2013 ). Professor (2013-ci ildən hal-hazıradək).
Mordoviya Dövlət Universiteti yanında «biotexnologiya», «ekologiya», «aqrokimya», «ümimi torpaqşünaslıq» ixtisasları üzrə iki doktorluq dissertasia şurasının, fakültə elmi şurasının, fakültə attestasiya komissiyasının üzvü, bioloji elmlər üzrə ekspertlər şurasının sədridir.
Rusiya biotexnoloqlar cəmiyyətinin, Rusiya biofizikləri cəmiyyətinin, Moskva təbiət sınaqçıları cəmiyyəti Mordoviya şöbələrinin üzvüdür.
Elmi maraq sahələri – kompozisiya materialları biotexnologiyası, biokatalizatorlar, sənaye ekologiyası.
110 elmi məqalə, o cümlədən həmmüəlliflikə 2 monoqrafiya, 3 dərs vəsaiti, Rusiya universitetləri qrifli bilogiyaya aid 2 dərs vəsaiti, 9 patent müəllifidir.
D.Qədiməliyevin rəhbərliyi ilə 2 fəlsəfə doktorluğu müdafiə edilib, 3 fəlsəfə doktorluğuna elmi məsləhət verilib, hal-hazırda üç dissertasiyaya elmi rəhbərlik edir.[2].
D.Qədiməliyev universitetin, Respublika Hökumətinin və ÜİLKGİ MK-nın fəxri fərmanları ilə təltif olunub. Oqaryov mükafatı laureatı, biotexnologiya və ekologiya sahəsində “İlin mühəndisi” Ümumrusiya müsabiqəsinin qalibidir.[3]