Ekológiya (yun. οικος — ev, yaşayış məskəni, yun. Λόγος — elm) — canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elm. Еkоlоgiya оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir. Təbiəti insansız insanı təbiətsiz təsəvvür etmək mümkün deyil.
Ekologiya | |||||
Elm sahəsi → öyrənir | |||||
---|---|---|---|---|---|
| |||||
Yarımbölmə → öyrənir |
Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsvir etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir.
Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta, televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər.
Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir. Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir.
Ekologiya terminini elmə ilk dəfə 1866-cı ildə alman bioloqu Ernst Hekkel "Orqanizmin ümumi morfologiyası" ("Generelle Morphologie der Organismen") əsərində işlətmiş, bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır.
Ekoloji elmin bir sıra başlıca vəzifələri vardır. Onların arasında aşağıdakıları qeyd etmək olar:
Ekoloji təhsilin vəzifələrini aşağıdakı kimi ifadə etmək olar: — Insanın təbiətin bir parçası kimi anlaşılması, bütüt canlıların birliyi və dəyərliliyi, insanın biosferin qorunması olmadan yaşayışının olumsuzluğu; — Insan yaşamının, onun peşə fəaliyyətinin təbii mühitə bağlı olan qanunauyğunluqlarının öyrədilməsi; — Enerjiqoruyucu texnologiyaların, ekoloji baxımdan təmiz olan gələcəyə yönəlmiş resursların işə salınması.
Ekologiyanın bir-biri ilə uyğunlaşan bir neçə metodları vardır.
Sistemli yanaşma ekoloji araşdırmaların çoxusunu bürüyür. Çünki canlı təbiətin bütün elementlərinin bir biri ilə bağlılığına görə ekologiyanın hər bir obyekti sistem, ya da sistemin bir parçasıdır. Ümumiyyətlə ekologiya sistemdən qırağda düşünülməz, onun bütün obyektləri vahid sistemdir.
Bundan başqa ekologiyanın çöl və eksperimental metodları vardır. Çöl metodu canlıların və onların toplumlarının təbiətdə, çağdaş aparaturaların araçılığı ilə, yaşamlarının uzun sürən müşahidəsidir. Eksperimental metod isə laboratoriya şəraitində təcrübələrin qoyulması, verilən proqram üzrə canlılara təsir edən hər hansı amillərin kontrolda saxlanmasıdır. Bunu edərkən, ekoloqlar təkcə bioloji və kimyavi vasitələrdən deyil, həm də bioloji olayların modelləşdirilməsindən də istifadə edirlər. Bu da canlı təbiətdə baş verən çeşidli proseslərin süni yaradılmış ekosistemlərdə qurulmasıdır. Modelləşmənin vasitəsi ilə sistemlərin davranışını öyrənmək olar. Məqsəd isə çeşidli strategiyaların işlənməsində onların gələcəkdə ola biləcək nəticələrini öncədən görüb dəyərləndirməkdir. Buna ekoloji proqnozlaşdırma deyirlər.
Təbii proseslərin araşdırılması və proqnozlaşdırması üçün həm də riyazi modelləşdirmə üsulundan da geniş istifadə edilir. Ekosistemlərin bu kimi modelləri çöl və laboratoriya şəraitində alınmış çoxsaylı bilgilər əsasında qurulur. Düzgün qurulmuş riyazi modellər eksperimentdə çətin əldə edilən ya da əldə edilməsi mümkün olmayan şeyləri görməyə imkan verir. Bununla belə, özü-özlüyündə riyazi model bu ya da başqa fərziyənin doğruluğunun dəlili də ola bilməz. O yalnız reallığın təhlil yollarından biridir.
Sistem, çöl və eksperimental metodları ekoloqa canlıların bir-biri və ətraf mühitin çoxsaylı faktorları ilə münasibətlərini araşdırmağa imkan verir. Bu da təbiətin dinamik müvazinətini bərpa etməyi və ekosistemləri yönətməyi mümkün edir.
Sosioloji araşdırmalar iri şəhərlərdə avtomobillərin istismarı ilə əlaqədar ekoloji şəraitin gərginləşməsinin əsas səbəblərilə əlaqədar aşağıdakıları göstərmişdir:
Ekologiyanı mühitə görə qruplaşdırsaq: suyun ekologiyası, torpağın ekologiyası, havanın ekologiyası. Sistematikaya görə qruplaşma isə: mikroorqanizmin ekologiyası, göbələyin ekologiyası, bitkinin ekologiyası, heyvanın ekologiyası. Canlının yaşama yerinə görə: çayın, gölün, yeraltı suyun, dənizin, sahilin, tundranın, arktikanın, meşənin, səhranın, dağın, adanın, kəndin və nəhayət şəhərin ekologiyası. Qlobal ekologiya: hidrosfer, litosfer, atmosfer, biosfer, kosmos, sosioloji ekologiya. Bu qruplaşmanı elmlərlə əlaqəsinə görə, texnikaya, mədəniyyətə və s. görə qruplaşdırmaq olar.
Geoekologiya cöğrafi mənsubluğu və coğrafi amillərin təsiri baxımından orqanizmlərin bir-biri ilə münasibətlərini, yaşayış mühitini öyrənir. Bu elm çeşidli mühitdə (yer üstündə, torpaqda, şirin sularda, dənizlərdə) yaşayan canlıların ekologiyasını, təbii iqlim zonaların (meşələrin çöllərin, səhraların) ekologiyasını, yer səthinin formalarının – landşaftların (çay və dəniz qırağlarının, bataqlıqların, adaların, dağların) ekologiyasını içəriləyir. Çeşidli cöğrafi bölgələrin, ölkələrin, qitələrin təsvir edilməsi də geoekologiyaya aiddir.
Bioekologiyanın və geokimyanın qovşağında, canlıların günəş enerjisinin planetar transformasiyası və kimyavi maddələrin dövriyyəsinin öyrənilməsi əsasında biosfera (qlobal ekoloji sistem) haqqında elm yaranmışdır. Qlobal proseslərin öyrənilməsi haqqında çağdaş elm, ekologiya elmini genişləndirmiş, onun problem yönümlərini dəyişdirmişdir. Planetar proseslərin araşdırması sonucunda Yerə özünü təşkiledən iqlim-ekoloji sistem kimi baxış formalaşmışdır.
İnsan ekologiyası insan (bioloji fərd kimi) və şəxsiyyətin onu bürüyən təbii və sosial mühitlə qarşılıqlı münasibətlərini araşdıran predmetlərin kompleksidir. İnsan ekologiyası heyvanlar aləminin ekologiyasından yaşayış və fəaliyyət şəraitlərinin çoxluğu, mühitə uyğunlaşmaq üçün texnoloji vasitələrin zənginliyi, sivilizasiya və mədəniyyətlərin varlığı, alınmış bilik və bacarıqların miras qoyması imkanları fərqləndirir. İnsan ekologiyasının başlıca özəlliyi sosial və bioloji cəhətlərin düzgün uyğunluğu olan sosiobioloji yanaşmadır. Sosial ekologiya, insan ekologiyasının bir bölümü kimi, ictimai strukturların (ailələrin və başqa kiçik qrupların) təbiətlə və onları bürüyən sosial mühitlə bağlantılarını öyrənən elmi sahələrdir. Bu sahələrə sivilizasiyaların ekoloji amilləri, insan populyasiyaların ekologiyası, ekoloji demoqrafiya, etnosların ekologiyası və etnogenez (irqlərin və millətlərin təşəkkülü) daxildirlər.
Müasir dövrdə son dərəcə ekoloji problemlər artmışdır. Bu problemlərin artmasının ilk əsas səbəbi müxtəlif sahələrin olduqca inkişaf etməsidir. Digər səbəb isə antropogen fəaliyyətin və təsirin mövcudluğudur. Son zamanlar antropogen fəaliyyətin nəticələri aşağıdakı kimi təzahür edilir:
Havanın kimyəvi tərkibinin çirkləndirlməsi və zəhərləndirlməsi ilə mübarizə tədbirləri sisteminə havanın qorunması deyilir. Bunun üçün nüvə silahları sınağını dayandırmaq, atmosfer havasının qorunması haqqında bütün ölkələrin qəbul etdikləri qanunlara əməl edilməsi, havanı çirkləndirən və zəhərləyən istehsal prosesləri texnologiyasını təkmilləşdirmək, sanitar-epidemioloji xidmətdən geniş istifadə etmək, qalıqsız və ya az qalıqlı işləyən prosesləri yaratmaq və s. Torpağın əsas xassəsi onun məhsuldar olmasıdır. Lakin, radioaktiv maddələr, eroziya, şorlaşma, bataqlaşma və s. onun məhsuldarlığını azaldır. Bu isə onun çirklənməsi deməkdir.Torpağın qorunması sahəsində mühüm tədbirlər: torpaqdan düzgün istifadə edilməsi haqqında əsasnamələrin tətbiqi, torpaq kadastrının tərtibi, torpağın məhsuldarlığını aşağı salan proseslərin qarşısının alınmasının həyata keçirilməsi, torpağa gübrə verərkən elmi dəlillərə əsaslanmaq, torpağa aqrotexniki qulluğun təkmilləşdirilməsi və s. Su həyatın mənasıdır. Orqanizmdə gedən bütün proseslər su ilə əlaqədardır. Suyun qorunması dedikdə, su haqqında dövlət əsasnaməsinə əməl edilməlidir. Suyun öz-özünə təmizləmə mexanizmini qoruyub saxlamaq, çirkli suların müasir texnika ilə təmizlənməsi, qalıqsız istehsal texnologiyasının inkişafı və s.
Bitkilərin qorunması çox vacibdir. Fotosintezsiz həyat mümkün deyil. Deməli bitkilərsiz yaşamaq olmaz. Fotosintez edən heç bir bitkiyə zərərli demək olmaz. Meşələri qorumaq məqsədi ilə, meşə haqqında dövlət qanununa əməl edilməli, qırılmış meşələrin bərpası, meşə yanğınlarına qarşı mübarizəni gücləndirmək, Qırmızı Kitaba daxil edilmiş bitkiləri qorumalı və s. Heyvanlar aləminin praktik əhəmiyyəti çox müxtəlifdir. Heyvanaların müsbət əhəmiyyətindən danışsaq, heyvan qida zəncirində iştirak edir, onların ətindən, dərisindən və s. müxtəlif sahələrdə geniş istifadə edilir. Bəzi heyvanlar təbiətin sanitarlarıdır. Məhz, buna görə də heyvanların qorunması haqqında qanuna əməl edilməli, ovçuluq cəmiyyətinin əsasnaməsinə riayət olunmalı, Qırmızı Kitaba daxil edilmiş heyvanların qorunmasına ciddi nəzarət olunmalı və s.