Enerji sistemində dayanıqlığın pozulmasının ləğvi avtomatikası (DPLA) qəza zamanı dinamik dayanıqlığın pozulmasının qarşısının alınması və baxılan rayonun (şəbəkə) verilmiş hissəsi üçün statik dayanıqlığın qəzadan sonrakı şərtlərini təmin etmək məqsədilə nəzərdə tutulmuş ƏQA qurğularının cəmidir.
DPLA əks-qəza avtomatikası sisteminin enerjisistemin dayanıqlığını təmin edən birinci hissəsidir. Dayanıqlığın pozulması halında ARAL-ın yarımsistemi yenidən sinxronlaşdırma və ya elektrik şəbəkəsini ayırmaqla asinxron rejimin qarşısının alınmasını təmin edir.
DPLA sistemi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş sistemlərə bölünür. Əksər hallarda DPLA mərkəzləşdirilməmiş təsir edən qurğuların köməyi ilə yerinə yetirilir. Lakin, ƏQA-nın inkişafı ilə mərkəzləşmiş komplekslər yaradılır və inkişaf etdirilir.
DPLA yarımsistemi aşağıdakı avtomatika növlərini əhatə edir:
- XAYA, DXAYA — bir və ya iki elektrik veriliş xəttinin açılması zamanı yükaçma avtomatikası
- SİYA — EVX-nin statik ifrat yüklənməsi zamanı yükaçma avtomatikası
- DİYA — EVX-nin dinamik ifrat yüklənməsi zamanı yükaçma avtomatikası
- QQYA — yaxın və ya uzaq qısaqapanma zamanı yükaçma avtomatiaksı
- GAYA — generatorların açılması zamanı yükaçma avtomatikası
- TAD — təsirlərin avtomatik dozalaşdırılması
DPLA-nın yarımsistemi tdemək olar ki, ƏQA-nın bütün mümkün idarəetmə təsirlərini yerinə yetirir:
- GA — generatorların açılması
- TQY, TUY — turbinin qısamüddətli (impuls) və uzunmüddətli yüksüzləşdirilməsi
- YA — yüklərin açılması
- TQ — hidroeneratorların tezliyə görə işə salınması və onların sinxron kompensator rejimindən aktiv rejimə keçirilməsi
- GY — hidro və turbogeneratorların yüklənməsi
- ET — aktiv müqavimətlərin qoşulması ilə aqreqatların elektriki tormozlanması
Effektivliyin az olması səbəbindən dayanıqlığın sərhədlərini yüksəltmək üçün əlavə aşağıdakı idarəedici təsirlər var:
- RA — şuntlayıcı reaktorlarının açılması
- KF — uzununa və eninə kompensasiya qurğularının forsirovkası
- TF — təsirlənmənin forsirovkası
- GQD — gərginliyə görə TAT-ın qoyuluş qiymətlərinin dəyişdirilməsi dəyişdirilməsi
- Окин А. А. Противоаварийная автоматика энергосистем. — М.: Издательство МЭИ, 1995. — 212 с.
- Глускин И.З., Иофьев Б.И. Противоаварийная автоматика в энергосистемах. — М.: Знак, 2009. — Т. 1. — 568 с.
- Овчаренко Н. И. Глава седьмая: Автоматика предотвращения нарушения устойчивости // Автоматика энергосистем: учебник для вузов / Н. И. Овчаренко; под ред. А. Ф. Дьякова. — 3-е изд., исправленное. — М.: Издательский дом МЭИ, 2009. — С. 308–350. — 476 с. — ISBN 978-5-383-00354-1.
- Библия электрика: ПУЭ, МПОТ, ПТЭ / редактор(ы): Д. Насибулина. — Litres, 2013. — ISBN 5457418650, 9785457418653.