Daysun xan(1422-52) — 1439-cu ildən oyrat (Qərbi Monqolustan) xanı.[1]
Onun hakimiyyəti illərində bütün monqol torpaqları qısa müddətə oyrat xanının idarəçiliyi altında birləşdirildi. Bu işdə Daysun xanın baş vəziri Esenin mühüm rolu olmuşdur. Vəliəhdlik və Çinə qarşı yürüdülən siyasət məsələsində Daysun xan ilə Esen arasındakı ziddiyyətlər səbəbindən baş vermiş silahlı münaqişə nəticəsində Daysun xan öldürülmüş, Esen isə özünü "böyük xan" elan etmişdi.