De ki, sevirsən (Rom: Kaho Naa... Pyaar Hai) — rejissor Rakesh Roşanın oğlu Hritrik Roşan və aktrisa Ameeşa Patelin debütü olan, rejissor Rakesh Roşan tərəfindən 2000-ci ildə çəkilmiş olan hind dilində romantik döyüş filmidir.
De ki, sevirsən | |
---|---|
hind. कहो ना प्यार है | |
Janr | romantik film[1], dram filmi, döyüş filmi |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2000 |
Müddət | 177 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Yeni Zelandiya |
IMDb | ID0234000 |
Kasıb müğənni Rohit və varlı bir insanın qızı olan Sonia bir-birlərinə ilk baxışdan aşiq olublar. Səfər zamanı onlar dostlarından qaçaraq kimsəsiz bir adada tək qalırlar. Burada onlar həyatlarının ən gözəl günlərini keçirirlər. Ancaq sevgililər yenidən tapılır. Sonyanın dostları Rohitin şou-biznes aləmində məşhurlaşmasına kömək edirlər. Hər şey toya doğru gedirdi, lakin bir gün Rohit polis komissarı ilə quldurların vəhşiliyinin şahidi olur və bununla da o öz ölüm hökmünü imzalayır. Sonyanın sevgilisinin ölümündən sonra özünə gəlməsi üçün atası onu Yeni Zelandiyadakı qohumlarının yanına göndərir. Qız orada gözlənilmədən nişanlısı Rohitə qəribə bir formada oxşayan Rac Çopra ilə qarşılaşır.