Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı,[3] görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur).
Dedal | |
---|---|
q.yun. Δαίδαλος | |
Mifologiya | qədim yunan mifologiyası |
Cinsi | kişi[d][1] |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü.
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |