Dekompozisiya — hər hansı bir sistem üzərində aparılan əməliyyatın uğurla həyata keçirilməsi üçün onun hissələrə bölünməsi. Məsələn, obektin ayrıca layihələnən hissələrə bölünməsi, xidmət zonası, verilən sistemin ayrica riyazi təsvirinin və ya fiziki təzahürünə baxılması və s.
Layihələndirmə məsələlərində hesablama zamanı və kontroller şəbəkələrində alqoritm və proqramların düzgün paylanması üçün qurğunun ayrı-ayrı hissələrə bölünməsi tələb olunur. Bu proses dekompozisiya adlanır. Proses layihə-texnoloji baza və verilmiş xarakteristikalar üzrə hesablamalarda istifadə olunan proqram blokları əsasında həyata keçirilir.[1]
Məsələn, layihələndirmədə mürəkkəb obyektlərin (qurğu, proqram) verilən optimallaşma kriteriləri üzrə dekompazisiyasını tələb edir. Bu zaman dekompazisiyada optimallıq kriterisi kimi istifadə olunan sistemlərin minimal qiyməyi və məsələdə istifadə olunan hesablamaların minimum sayı istifadə olunur. Məsələnin həllində proqram və alqoritmlərin paralel qollarının birgə işinə və istifadə olunan sistemin yaddaş həcminə, onun giriş və çıxışlarına məhdudiyyət qoyulur.[2]
Sistemli analizdə dekompozisiya məsələsinin uğurlu həlli üçün sistem hissələrə elə bölünməlidir ki, sistemin xüsusiyyətləri itməsin.