Delft mənzərəsi (rəsm əsəri)

Delft mənzərəsi—hollandiyalı rəssam Yan Vermeerin 1660–1661-ci illərdə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Hollandiyalı rəssamın öz doğma yurdunu təsvir etdiyi rəsm onun ən çox sevilən əsərləri arasında yer alır.[2] Rəssamın nadir mənzərə əsərlərindən biri olan rəsm 1822-ci ildən bəri Mauritşuis muzeyinin kolleksiyasındadır.

Delft mənzərəsi
Gezicht op Delft
Rəssam Yan Vermeer
Tarixi 1660-1661
Texnikası Yağlı boya
Ölçüləri 96,5 sm × 115,7 sm
Materialı yağlı boya[d][1]
Saxlanıldığı yer Mauritşuis kral rəsm qalereyası, Haaqa, Hollandiya
Saytı mauritshuis.nl/nl-nl/ver…
wga.hu/html/v/vermeer/02…
wga.hu/html/v/vermeer/02…
wga.hu/html/v/vermeer/02…
wga.hu/html/v/vermeer/02…
wga.hu/html/v/vermeer/02…
İnventar nömrəsi 92
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsirləri[redaktə | mənbəni redaktə et]

Tablo 2011-ci ildə Royal Dutch Mint tərəfindən buraxılmış qızıl və gümüş xatirə sikkələrinin üzərində təsvir olunmuşdur.[3] Tablodan Marsel Prustin İtirilmiş zamanın izində adlı romanında da istifadə olunmuşdur. Marsel Prust xüsusilə Delft mənzərəsi əsərini bəyənmiş və əsəri ilk dəfə gördükdə bu sözləri demişdir:

" Haaqadakı muzeydə Delft mənzərəsi rəsmini gördükdən sonra dünyada ən gözəl rəsm əsərini gördüyümü bilirəm "

[4]

Rəsm materialları[redaktə | mənbəni redaktə et]

İş üzrə texniki analiz Vermeerin bu rəsm üçün məhdud piqment seçdiyini göstərir. Tünd göy, aşıboyası, alizarin rəsmdə istifadə olunmuş əsas materiallardır. Digər tərəfdən rəsmin çəkilmə texnikası çox diqqətlidir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Yan Vermeer "Delft mənzərəsi"
Tənqidi qiymətləndirmələr "Delft mənzərəsi"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://rkd.nl/explore/images/52503.
  2. Leonard J. Slatkes. Vermeer and his contemporaries. Abbeville Press. səh. 40. ISBN 978-0-89659-195-0.
  3. "New Coins Pay Homage to Dutch Artwork and the Old Dutch Masters" (ing. ). news.coinupdate.com. 2017-08-21 tarixində arxivləşdirilib.
  4. Gabrielle Townsend. Proust's Imaginary Museum. Peter Lang. ISBN 9783039111244.