Delft mənzərəsi—hollandiyalı rəssam Yan Vermeerin 1660–1661-ci illərdə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Hollandiyalı rəssamın öz doğma yurdunu təsvir etdiyi rəsm onun ən çox sevilən əsərləri arasında yer alır.[2] Rəssamın nadir mənzərə əsərlərindən biri olan rəsm 1822-ci ildən bəri Mauritşuis muzeyinin kolleksiyasındadır.
Delft mənzərəsi | ||
---|---|---|
Gezicht op Delft | ||
| ||
Rəssam | Yan Vermeer | |
Tarixi | 1660-1661 | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 96,5 sm × 115,7 sm | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | Mauritşuis kral rəsm qalereyası, Haaqa, Hollandiya | |
Saytı |
mauritshuis.nl/nl-nl/ver… wga.hu/html/v/vermeer/02… wga.hu/html/v/vermeer/02… wga.hu/html/v/vermeer/02… wga.hu/html/v/vermeer/02… wga.hu/html/v/vermeer/02… |
|
İnventar nömrəsi | 92 | |
Vikianbarda əlaqəli mediafayllar |
Tablo 2011-ci ildə Royal Dutch Mint tərəfindən buraxılmış qızıl və gümüş xatirə sikkələrinin üzərində təsvir olunmuşdur.[3] Tablodan Marsel Prustin İtirilmiş zamanın izində adlı romanında da istifadə olunmuşdur. Marsel Prust xüsusilə Delft mənzərəsi əsərini bəyənmiş və əsəri ilk dəfə gördükdə bu sözləri demişdir:
Haaqadakı muzeydə Delft mənzərəsi rəsmini gördükdən sonra dünyada ən gözəl rəsm əsərini gördüyümü bilirəm |
İş üzrə texniki analiz Vermeerin bu rəsm üçün məhdud piqment seçdiyini göstərir. Tünd göy, aşıboyası, alizarin rəsmdə istifadə olunmuş əsas materiallardır. Digər tərəfdən rəsmin çəkilmə texnikası çox diqqətlidir.