Demarkasiya xətti (fr. demarcation – ayırma) – 1) hərbidə: döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt (zolaq);
2) məğlub olmuş dövlətin ərazisini işğal zonalarına ayıran xətt;
3) qonşu dövlətlər arasında mübahisə obyekti olan ərazidə müvəqqəti müəyyənləşdirilən xətt (zolaq). Demarkasiya xətti döyüşən tərəflər arasında, işğal edən, yaxud münaqişə aparan dövlətlər arasında xüsusi sazişlə müəyyənləşir;
4) tibdə: sağlam toxumada ölgün sahə (qanqren, sekvester), yaxud yad cisimlə sərhəddə əmələ gələn reaktiv iltihab zonası[1].