Demokrat Partiyası (Qacar)

Demokrat Partiyası (fars. فرقه دموکرات‎) — konstitusiya dövründə Qacar dövlətində sosial-demokrat siyasi partiya. Partiya o dövrdəki iki böyük parlament partiyasından biri idi.[1] O, əsasən orta səviyyəli ziyalılardan ibarət idi və din ilə dövlətin ayrılmasını müdafiə edirdi.[2]

Demokrat Partiyası
Quruluş tarixi 1909
Dağılma tarixi 1919
Baş qərargah

Əvvəlcə Zaqafqaziyada fəaliyyət göstərən İctimaiyyun-Amiyyunun bir qolu olan partiya Bakı ilə birbaşa əlaqələrini kəsdi və mühafizəkar ictimaiyyətə hörmətlə yanaşaraq “Sosial” sözünü adından çıxardı. Bununla belə, onun ideologiyası əsasən köhnə partiyadan götürülmüşdü.[2]

1918-ci ildə partiya Baharın başçılıq etdiyi "Yenidən təşkil tərəfdarı Demokratlar" (fars. دموکرات‌های تشکیلی‎) və "Yenidən təşkilə Qarşı Demokratlar" (fars. دموکرات‌های ضدتشکیلی‎) olaraq iki yerə parçalandı.[1]

Parlament seçkilərinin nəticələri

[redaktə | mənbəni redaktə et]
Seçki Mandat Yeri[3]
Sayı[3] ± % ±
1906
21 / 156
N/A 13.46 N/A Azlıq
İctimaiyyun-Amiyyun olaraq
1909
28 / 126
7 22.22 8.76 Azlıq
1914
51 / 115
23 44.34 22.12 Çoxluq
Həmçinin 20 koalisiyada
  1. 1 2 Ettehadieh, Mansoureh. CONSTITUTIONAL REVOLUTION v. Political parties of the constitutional period // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica. Fasc. 2. VI. New York City: Bibliotheca Persica Press. October 28, 2011 [December 15, 1992]. 199–202. İstifadə tarixi: September 12, 2016.
  2. 1 2 Abrahamian, Ervand. Iran Between Two Revolutions. Princeton University Press. 1982. 103–105. ISBN 0-691-10134-5.
  3. 1 2 آشنایی با تاریخ مجالس قانونگذاری در ایران دوره اول تا دوره شانزدهم [History of Legislatures in Iran (1285–1328)] (Persian). Majlis Research Center. 2005 [1384]. 19–20, 46–47, 68. 2020-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.