Məhəmmədtağı Bahar

Məhəmmədtağı Bahar (7 noyabr 1886[1], Məşhəd, Xorasan[2]21 aprel 1951[1], Tehran[2]) — İran şairi, Məlikəşüəra, Məşrutə hərəkatının üzvü.

Məhəmmədtağı Bahar
Doğum tarixi 7 noyabr 1886(1886-11-07)[1]
Doğum yeri
Vəfat tarixi 21 aprel 1951(1951-04-21)[1] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Fəaliyyəti şair, siyasətçi, jurnalist, tarixçi, ədib, tərcüməçi, esseist, yazıçı, universitet müəllimi[d]
Əsərlərinin dili fars dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmmədtağı Bahar 6 noyabr 1886-cı ildə Xorasanda, Məşhəd şəhərində anadan olmuşdu. Anası İran gürcülərindən idi.[3][4] Mükəmməl mədrəsə təhsili almışdı. Atası Mirzə Kazım şair idi. Səburi təxəllüsü ilə tanınmışdı.

Məhəmmədtağı Bahar təxəllüsü ilə şeirlər yazırdı. Müzəffərəddin şah Qacar ona Məlikəşüəra ləqəbini verdi.

Məhəmmədtağı Bahar 22 aprel 1951-ci ildə Tehranda vəfat edib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Hey İranlılar, İran bəla içindədir.
Daryuşun məmləkəti Nikolayın əlindədir.
Mülkün mərkəzi əjdərhanın ağzındadır.
İslamın qeyrəti hanı milli harəkət hardadır?
Ey rəşid insanlar! bu susqunluq niyə.
İran sizindir, İran sizin.

Hey İranlılar! Dustaqlığınızı görək,
İngilislərlə rusların pənçəsində.
Sanki bu arada kabus görmüş kimisiniz.
Hər iki tərəfdən götürülür namusunuz, sərvətiniz.
Namus və mal uğrunda mübarizə rəvadır.
İran sizindir, İran sizin.[5]

  1. 1 2 3 4 http://www.bahar-site.fr/Bahar_fr.htm.
  2. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118932500 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. İranın müasir ədəbinin tanınmış şəxsiyyətləri,toplanması və tədqiqatı:Əli Mir Ənsari, 2-ci cild, Tehran:İranın Milli Arxivlər Təşkilatı,3-cü səh
  4. "şəxsiyyətlərin bioqrafiyası - Məhəmmədtağı Bahar". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  5. Divani Məhəmmədtağı Bahar, s. 257–258.