Demonlaşdırma

Demonlaşdırma və ya demonizasiya (ing. demonization) — politeist tanrıların monoteistlər tərəfindən şər, yalançı cinlər kimi şərh edilməsi. Bu termin sonradan genişlənərək, fərdlərin, qrupların və ya siyasi qurumların hər hansı bir pislik kimi səciyyələndirilməsini nəzərdə tutur.

Siyasi termin kimi

[redaktə | mənbəni redaktə et]

Bu termin onu ifadə edir ki, hər hansı bir siyasi lider və ya siyasi qrup, ideologiya, bəzən bütöv bir dövlət hədəfə alınır, onun fəaliyyətində olan mənfi cəhətlər xüsusi olaraq şişirdilir, üstünə beşi də qoyulur, müsbət cəhətlər gözdən və dəyərdən salınır, olmayan günahlar uydurulur və ajiotajla təbliğ olunur və s.

Əksər hallarda "demonlaşdırma" texnologiyası düşmən hesab olunan xarici ölkələrə, liderlərə və cəmiyyətlərə qarşı tətbiq olunur. Çünki bu texnika adətən xarici bir ölkəyə qarşı hansısa xüsusi addım (hərbi müdaxilə, daxili qarşıdurma, çevriliş, inqilab və s.) atılmamışdan öncə tətbiq olunur və məqsədi öz əhalisi, tərəfdarları, ordusu, müttəfiqlərini öz ətrafında daha sıx cəmləmək və düşmən tərəfi demoralizasiya etməkdir.

Demonlaşdırma texnikaları

[redaktə | mənbəni redaktə et]

Demonlaşdırmanın müxtəlif texnikaları mövcuddur.

Demonlaşdırma texnikası bütün cəmiyyət və dövlətə qarşı yox, onun liderinə qarşı tətbiq olunanda daha effektiv hesab olunur. Hesab olunur ki, düşməni "personallaşdırmaq", bir sima - lider üzərində cəmləmək lazımdır ki, həm o cəmiyyət "demonlaşdırılsın", çünki "onların lideri fəsadçı, zalım, satqın, bütün şərin timsalıdır", həm də cəmiyyət özü daha yaxşı demoralizə olsun.

2010-cu il üzrə ABŞ üçün İran, Şm.Koreya, Suriya "şər üçbucağı" idi və hər üçü əleyhinə təbliğat aparılırdı. Amma demonlaşdırma yalnız Bəşər Əsədə qarşı həyata keçirilirdi. Baxmayaraq ki, ölkədə çoxsaylı problemlər və avtoritarizm olsa da Bəşər Əsəd regionda mövcud olan digər liderlər arasında ən pisi deyildi. Məhz B.Əsədə qarşı demonlaşdırma aparıldığının niyəsini və nəticəsini 2011-dən başlayaraq müşahidə edildi.

Cəmiyyətdə problemlər, çatışmazlıqlar, özbaşınalıqlar, korrupsiya və s. ola bilər, cəmiyyət anlayar ki, bunlara layiq deyil və bunlar hamısı düzəldilməli, islah olunmalı, aradan götürülməlidir. Cəmiyyət bu problemlərə qarşı mübarizə apara bilər və bu, onun haqqıdır. Bununla belə, əgər cəmiyyət görsə ki, xarici dəstək və təsirlə kimlərsə tərəfindən ölkədə sadəcə çatışmazlıqların tənqidi yox, açıq aydın "demonlaşdırma" siyasəti yürüdülür, anlamalıdır ki, məqsəd cəmiyyətin rifahı deyil, əksinə, bütün bu cəmiyyətə qarşı hansısa addım qəsd olunur. Və bu addım, həmin cəmiyyətə rifah gətirməyəcək.