Ağbel ağacdələn (lat. Dendrocopos leucotos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin əlvan ağacdələn cinsinə aid heyvan növü.
Ağbel ağacdələn | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ağbel ağacdələn |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Böyüklüyü 24-26 sm-dir. Erkəklərinin başında qırmızı, dişilərində isə qara tac vardır. D. l. leucotos növü Mərkəzi və Şimali Avropa, D. l. lilfordii növü Balkan və Türkiyə forması olaraq tanınır. Nadir bir quş olub meşələrlə bol cansız odunlara ehtiyac duyarlar. Şimali Avropa ölkələrində sayları azalmışdır. Çoxalma dövründə çürümüş ağac gövdələrində 7-30 sm dərinliyində yuva açır. 3-5 yumurta qoyub 10-11 gün kürt yatır.