Denis Maykl Rohan (ing. Denis Michael Rohan; 1 iyul 1941 – 20 mart 2013[1], Sidney) — 21 avqust 1969-cu ildə Əl-Əqsa məscidini yandırmağa çalışan və "Tanrı kilsəsi" təşkilatına mənsub olan Avstraliya xristianı. Hücumun səbəbi kimi özünü tanrının nümayəndəsi olaraq gördüyünü və məscidin dağıdılmasının Məsihin[2] zühurunu sürətləndirəcəyinə inandığını bildirmişdir. Hücum cəhdi nəticəsində məsciddə yanğın baş vermiş və yanğından sonra Əl-Əqsa məscidinin divarlarında ziyanın olduğunu bildirilmişdir.[3] Hücumdan sonra məhkəmə önünə çıxarılmış, onun ruhi xəstə olduğu qənaətinə gəlinmişdir.[4]
Denis Maykl Rohan | |
---|---|
Doğum tarixi | 1 iyul 1941 |
Vəfat tarixi | 20 mart 2013[1] (72 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 14 may 1974-cü ildə "ailəsi ilə birlikdə psixiatrik müalicə almaq üçün humanitar əsaslarla" İsraildən qovulmuşdur. Daha sonra Avstraliyadakı Kellen-Park xəstəxanasına köçürüldmüşdür. Bəzi mənbələr onun 1995-ci ildə öldüyünü bildirir,[5] lakin "Australian Broadcasting Corporation" (ABC) tərəfindən 2009-cu ildə aparılan araşdırmada onun hələ də sağ olduğu məlum olmuş, bir neçə ildən sonra "ABC" jurnalistinə verdiyi müsahibə üzə çıxmışdır.[6][7]