Denni Abs

Denni Abs[4][5] (ing. Dannie Abse; 22 sentyabr 1923[1], Kardiff[1]28 sentyabr 2014[1][2], London) — uelsli ingilis şair, romançı, dramaturq.

Denni Abs
Doğum tarixi 22 sentyabr 1923(1923-09-22)[1]
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 2014(2014-09-28)[1][2] (91 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti şair, yazıçı, həkim-yazıçı[d]
Əsərlərinin dili Vall dili
Üzvlüyü
  • Kral Ədəbiyyat Cəmiyyəti[d]
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru
dannieabse.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Denni Abs Uelsin Kardiff şəhərində anadan olmuşdu. Atası Rudolf Abs Cənubi Uelsdəki bir neçə kinoteatrın sahibi idi.[6] Həmçinin Denni Abs siyasətçi Leo Abs və tanınmış, peşəkar psixoanalist Uilfred Absın kiçik qardaşıdır.

Denni Abs tibb təhsilini əvvəlcə Uels Kollecində, daha sonra London Kral Kollecində almışdı. Uşaqlıqdan "Cardiff City" futbol klubunun pərəstişkarı olan Denni Abs gələcəkdə ədəbi işində də bunu əks etdirmiş, həmçinin özü də idmanla fəal məşğul olmuşdu.

Denni Abs 30 ildən çox bir müddətdə şeir yaradıcılığını tibb təcrübəsi ilə birləşdirmişdi. İlk nəşri olan "After Every Green Thing" 1949-cu ildə çap olunmuşdu. Habelə onun 1954-cü ildə "Ash on a Young Man's Sleeve" adlı avtobioqrafik əsəri nəşr olunmuşdu. O, 1983-cü ildən Kral Ədəbiyyat Cəmiyyətinin üzvü olmuşdu. Şair bir çox ədəbi mükafat və təqaüd almışdır.

Abs bir neçə on il ərzində Londonun şimal-qərbində, əsasən, Hampsted yaxınlığında yaşamışdı. Denni Absın həyat yoldaşı Coan 2005-ci ildə avtomobil qəzasında ölmüş, yazıçı isə qabırğası qırlmışdı. İki il sonra Uelsdə ilin kitabı olan həyat yoldaşının xatirələrini nəşr etdirmişdi. 2009-cu ildə Abs əsərlərinin toplusunu nəşr etdirmişdi.

Denni Abs 28 sentyabr 2014-cü ildə 91 yaşında vəfat etmişdir. Absin ölümünə dair nekroloqda "The Telegraph" şairin taleyinin mübahisəli tərəflərini xarakterizə etmişdi:[6]

" britaniyalı - yəhudi, ingilis - uels, optimist - skeptik, şair - həkim. "
  • 1971 və 1987-ci illərdə "Uels İncəsənət Şurası" mükafatlarına layiq görülmüşdür.
  • 1989-cu ildə Uels Universitetinin fəxri doktoru adını almışdır.
  • 2012-ci ildə II Yelizaveta şeir və ədəbiyyatda göstərdiyi xidmətlərə görə "Bizans imperiyası" ordeni ilə təltif etmişdir.
  1. 1 2 3 4 5 6 Dannie Abse // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 Who's who (brit. ing.). (untranslated), 1849. ISSN 0083-937X
  4. Н. Дженкинс. Дракон с двумя языками: литература Уэльса // Иностранная литература. — 1998. — № 3. (рус.)
  5. Ю. Тихомирова. Современный англоязычный Пушкин: Стратегии репрезентации лирики // Вестник Томского государственного университета. — 2013. — С. 29—37. (рус.)
  6. 1 2 Dannie Abse. "Dannie Abse - obituary" (ingilis). The Daily Telegraph. 2022-04-04 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]