Depozit (əmanət) bankı (Bank of deposit) - Əhalidən əmanətləri qəbul edən bank. Belə banklar, əsasən, cəlb edilmiş depozitlər hesabına hesablaşma krediti və etibara (vəkalətə) əsaslanan əməliyyatları həyata keçirirlər. Başqa sözlə, bir qayda olaraq, belə banklar xüsusi şəxslərin, müəssisələrin, dövlət təşkilatlarının müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi, bu vəsaitlər hesabına uzun olmayan müddətə ssudaların verilməsi və qısa müddətli kommersiya vekselləri ilə uçot əməliyyatları üzrə ixtisaslaşır və etibara (vəkalətə) əsaslanan müxtəlif əməliyyatları həyata keçirirlər.[1]