Derem drasenası (Əjdaha ağacı)
Derem drasenası (Əjdaha ağacı) | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Derem drasenası (Əjdaha ağacı) |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Afrikanın tropiklərində yayılıb.
Hündürlüyü 150-250 sm-dir.Düz gövdəli bitki olub,qalın,oduncaqlaşmış,əsasən budaqlanan və yarpaqlarla sıx örtülmüş çoxillik bitkidir.Yarpağının uzunluğu 50 sm,eni 5 sm,kənarları ağ zolaqlıdır.Salxımşəkilli qoltuq çiçək qruplarına yığılmışdır;üstdən tünd-qırmızı,içərisi ağdır,xoşagəlməz qoxusu vardır.Meyvəsi narıncı giləmeyvədir.Uc qələmləri və uzunluğu təxminən 10 sm olan gövdənin hissələri ilə çoxaldılır.
Parlaq,düz günəş şüalarından qorunmalıdır.Rütubətsevəndir.Çimli,çürüntülü,torflu,qumlu torpaq qarışığında yaxşı bitir.Unlu qurd və kök böcəyi xəstəliklərinə yoluxur.
Mərdəkan dendrarisində 2003-cü ildə introduksiya olunmuşdur.Respublikanın bir çox rayonlarında mədəni şəraitdə becərilir.
Şəhər yaşıllaşdırmasında,bəzək memarlığında geniş istifadə edilir.