Derivatoqrafiya – temperatur rejiminin dəyişməsi şəraitində maddədə baş verən kimyəvi və fizika-kimyəvi proseslərin tədqiqi üsuludur.
Derivatoqrafiyanın əsası differensial termiki analizin (DTA) başqa fiziki və ya fiziki-kimyəvi metodların , məsələn termoqravimetriya (TG), dilatometriya, kütlə spektrometriya, spektroskopiyanın birləşdirilməsilə qoyulub. DTA – TG analizində termiki effektin təsiri altında maddənin transformasiyasının baş verməsilə yanaşı, nümunənin (maye və ya bərk) kütləsində dəyişiklik qeydə alınır.
Termik və termoqravimetrik dəyişmələri qeyd edən cihaz derivatoqraf adlanır.