Dermestes lardarius

Dermestes lardarius (lat. Dermestes lardarius) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Gönyeyən böcəklər fəsiləsinə aid olan növ.

Dermestes lardarius
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Dermestes lardarius
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bu gönyeyən böcəyin bədəninin uzunluğu 1,5, eni isə 1,2 mm, tünd qəhvəyi və ya qara olur. Qanadlarının üst hissəsində sarı sarğı vardır. Sürfələri oval olub, oxlovşəkillidir, uzunluğu 1,5-1,7 mm-dir. Tədqiqatlara əsasən, təkipəksarıyanın sayının tənzimlənməsində 4 növ (Dermestes lardarius, D. undulatus, D. bicolor, D. ater) gönyeyən böcəkdən ən faydalı sayılanı D.lardarius böcəyidir. Lardarius gönyeyəni əsasən təkipəksarıyanının yumurta topasının içərisində, ağac qabığı altında qışlayır. Yazda aprelin birinci yarısında orta günlük temperatur 10-16oC olduqda qışlamadan çıxaraq təkipəksarıyanın yumurtaları ilə qidalanırlar.

Aprelin 18-20-də (Novxanı qəsəbəsi) aparılan müşahidələrə əsasən bir yumurta topasında 10 ədəd lardarius böcəyinə rast gəlinmişdir. Bir neçə gün mayalandıqdan sonra tək-tək və bəzən də topa halında yumurta qoymağa başlayır. Yumurtalar adətən qovaq ağacının qabığının alt hissəsinə və təkipəksarıyanın topa halında yumurtasının ətrafına qoyulur. Hava şəraitindən asılı olaraq, yumurtaların inkişafı 4-12 gün çəkir. İyunun axırı, iyulun əvvəli yumurtalardan çıxan sürfələr təkipəksarıyanın təzəcə qoyduğu yumurtalarla qidalanmağa başlayırlar. Sahibin bir topa halında yumurtaları üzərində 8-10 lardarius sürfəsinə rast gəlinir (Mərdəkan dendrarisi). Sürfələr bir topa yumurtanı yedikdən sonra digər topa yumurtaya keçirlər və beləliklə, sentyabr ayının ortalarına kimi 30-35 gün qidalanırlar. Sürfələr 6-7 dəfə qabıq dəyişərək inkişaflarını başa çatdırıb, ya ipəksarıyanın boş yumurta topasının daxilində, ya da ağac qabığının altında pup mərhələsinə keçirlər. Kütləvi puplaşma avqust ayının ikinci yarısında və sentyabr ayının əvvəlində baş verir. Bir nəslin inkişafı 50-60 gün çəkir. Böcək, təkipəksarıyanın topa halında olan yumurtalarını 35-40% məhv edir. İnteqrir mübarizədə, arealdaxili köçürmədə istifadəsi mümkündür.

Rusiya Federasiyasının Avropa hissəsinin Sibir, Qazaxıstan, Avropa, Azərbaycanda Abşeronda geniş yayılmışdır.