Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Dersu Uzala (d. 1849-ö. 1908) — ovçu, nanay (qold) hansı ki, bütün həyatını tayqa meşələrində yaşayıb.
Dersu Uzala | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Onun heç vaxt evi olmayıb, o həmişə açıq səma altında yaşayıb, ancaq qış aylarında özünə soyuqdan müdafiə olunmaq üçün koma tikirmiş.
Yaxşı təlim görmüş cavan Vladimir Klavdiyeviç Arsenyev və "meşə insanı" Dersu birlikdə 1902–1907-ci illərdə ussur tayqasında neçə kilometrlərlə yol qət eləmişlər. Onlar bu gəzintilər zamanı çox yaxşı dost olublar. Ekspedisiyadan sonra 1907-ci ildə Arsenyev tez anlayan Dersunu Xabarovskdakı evində yaşamağa dəvət edir. Dersu öz kapitanını çox sevirdi, ancaq şəhər həyatı artıq ona ağır gəlirdi. Meşələrin insanına dörd divar çox sıxıcı görünürdü.
1908-ci ilin yazında Dersu öz dostu ilə sağollaşdı və piyada doğma vətəni olan Primor vilayətinə yollandı. O, gəlib Ussuri çayının mənbəyinə çatdı. Dersu yolda yaz havasının soyuğundan qorunmaq üçün tonqal qalayıbmış. Bu onun sonuncu tonqalı oldu. Çünki elə buradaca oğrular ona hücum edib, ancaq üstündə heç nə tapmadıqlarına görə onu öldürüblər. Onun ölmüş cəsədini alaqaranlıq vaxtı yolda - Xabarovskdan çox da uzaqlıqda olmayan Korfovda tapdılar.
Hazırda Korfov qəsəbəsində onun xatirəsini əbədiləşdirmək üçün qranitdən hazırlanmış iri daş qoyulmuşdur. Məktəblilər isə onun ətrafında şam ağacları əkmişlər.
Dersu Uzalaya aid kitab nəşri və kinofilm çəkilişi də olmuşdur. 1921-ci ildə nəşr edilmiş "Ussur vilayəti" və 1923–cü ildə nəşr olunmuş "Dersu Uzala" adlı kitabların müəllifi V.K. Arsenyev, 1975-ci ildə çəkilmiş "Dersu Uzala" filminin rejissoru isə Akira Kurosava olmuşdur.