Desikasiya — bitkilərin yığımdan qabaq qurulması; bitkinin yetişməsini sürətləndirir və məhsulun maşınla yığılmasını asanlaşdırır.[1]
Desikasiya desikantlar adlanan kimyəvi maddələrlə aparılır. Ən çox pambıqçılıqda tətbiq edilir. Desikasiya qozalar 60–74% açdıqca aparılırsa, məhsuldarlığı və keyfiyyəti aşağı salmır. Desikasiya at paxlası, acıpaxla, şəkər çuğunduru, çəltik, buğda və s. əkinlərində də məhsul yığımından əvvəl tətbiq edilir.