Desna çayı

Desna çayı (ukr. Десна) — Şərqi Avropada çay. RusiyaUkrayna ərazilərindən keçir. Dnepr çayının sol qolunu təşkil etməklə yanaşı həm də onun ən böyük qoludur. Çayın uzunluğu 1130 km təşkil edir. Novqorod-Sevenski şəhərinə qədər 535 km məsafədə naviqasiya üçün yararlıdır. Daimi naviqasiya isə Jukovka şəhərinə qədərdir. Hövzəsinin sahəsi 88, 9 km²-dir.

Desna
ukr. Десна
Ölkələr
Mənbəyi Şərqi Avropa
Mənsəbi Qara dəniz
Uzunluğu 1130 km
Su sərfi 360 m³/s
Su sistemi Dnepr/Qara dəniz
Su hövzəsi Qara dəniz
Hövzəsinin sahəsi 88900 km²
Desna çayı (Rusiyanın Avropa hissəsi)
mənbəyi
mənsəbi
Dnepr çayı Rusiya xəritəsində:

54°35′38″ şm. e. 33°17′55″ ş. u.HGYO

50°33′01″ şm. e. 30°32′16″ ş. u.HGYO
DSR[rus.] 04010001012106200001410, 04010000812106200001410 04010001112106200001410, 04010001012106200001410, 04010000812106200001410
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adının mənası

[redaktə | mənbəni redaktə et]

Adının mənası q.slav. дєснъ — "sağ"[1] deməkdir. Desna Dnepr çayının sol qolunu təşkil edir.

Desnanın hövzəsi

Desna öz başlanğıcını Smolensk yüksəkliklərindən, Qolubev Mox bataqlıqlarından, Yelnayanın yaxınlığından götürür[2]. Rusiyanın Smolensk və Bryan vilayətləri, Ukraynsnın isə Çerniqovskaya, Sumskaya və Kiev vilayətlərinim ərazisindən axır. Çay Dnepr çayına Kiyev yaxınlığında tökülür.

Yuxarı axarlarda bataqlaşmış ərazidən axır və suyu dayaz olur. Aşağı axarlarda isə dərinlik artır. Seym çayının töküldüyü yerdən dərinlik daha da artır. Yazda dərinlik dahada artır. İllik orta su sərfiyyatı 360 m³/san təşkil edir.

Desna çayında minerallaşma həddi: yaz daşqınları zamanı — 271 mq/dz³; yay-payız dövrü — 351 mq/dz³; qış dövrü — 376 mq/dz³.[3]

Qədim dövrlərdən mühüm su yolu hesab edilirdi. Buradan mırkəzi rus çöllərinə rahat getmək mümkün idi.[4]

Smolensk vilayətində çayın üzərində Desnoqorsk su anbarı yerləşir. Smolensk SES isə Desnoqorsk şəhərinin enerji təminatını təmin edir.

  • Sağ: Udel, Mena, Snov, Belous, Zamqlay, Sudost, Boldaçevka, Qabya, Seşa, Stijen.
  • Sol: Lyubiç, Ostyor, Seym, Doç, Vetma, Prismara, Bolva, Snejet, Navlya, Nerussa, Smolyanka (aşağı və yuxarı).

Desna boyunca yerləşən şəhər və qədəbələr

[redaktə | mənbəni redaktə et]
  • Smolensk vilayəti: Yelnaya, Desnoqorsk və Ekimoviçi kəndi.
  • Bryansk vilayəti: Snoqot kəndi, Jukovka, Qistilovka, Selso, Bryansk, Vıqoniçi, Trubçevk, Belaya Beryozka
  • Çernikovski vilayəti: Novqorod-Severski, Korop, Sosnisa, Makoşino, Kukoviçi kəndi, Maksaki kəndi, Uşnya, Çernikov. Ostyor, Desna.
  • Sumskaya vilayəti: Piroqovka.
  • Kiyev vilayəti: Xotyanovka, Pinovo, Bodenki, Vısşaya Dubeçya, Puxovka.
  • Маштаков П. Л. Список рек Днепровского бассейна. — СПб., 1913.
  • Маштаков П. Л. Десна. — Петроград,1918.
  • Маштаков П. Десна // Известия отделения русского языка и словесности Академии Наук. — Петроград, 1918. — Т. XXII. — Кн. 2.
  1. Фасмер М. Этимологический словарь русского языка. Т. I. С. 506.
  2. "Desna çayı". 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  3. Горев Л. Н., Пелешенко В. И., Хильчевский В. К. Гидрохимия Украины. — К.: Вища школа, 1995. — 307 с. (укр.) ISBN 5-11-004522–4
  4. "Периодизация позднего палеолита Деснянского бассейна". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.