Detroyt iflası

Miçiqan qubernatoru Rik Snayder
Detroyt şəhərinin meri Deyv Binq

Detroyt iflası — 2013-cü ildə ABŞ-ın Detroyt şəhərinin maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün rəsmi olaraq müflis elan edilməsidir.[1] Bu hadisə ABŞ-da ən böyük şəhər iflası olaraq tarixə keçmişdir. Detroytin borcu və büdcə kəsiri təqribən 18-20 milyard dolları ötürdü, pensiya fondları, tibbi sığorta şirkətləri və şəhər işçilərini təmsil edən həmkarlar ittifaqları da daxil olmaqla[2] şəhərin əsas kreditorları kimi hesab olunurdular.[3]

Əsas səbəbləri

[redaktə | mənbəni redaktə et]

Detroyt "Motor Şəhəri" olaraq tanınırdı və avtomobil sənayesinin mərkəzi idi. XX əsrin ortalarında General Motors, FordChrysler kimi şirkətlərin qərargahı idi.[4] XX əsrin ikinci yarısında xarici avtomobil istehsalçılarının rəqabəti və avtomobil istehsalının digər ölkələrə köçürülməsi nəticəsində şəhərin iqtisadiyyatı çökdü. Sənaye tənəzzülü əsas səbəblərdən biridir. 1950-ci illərdə şəhərin əhalisi 1,8 milyon idi,[5] lakin 2013-cü ildə bu rəqəm təxminən 700 minə düşdü.[6] Əhali itkisi vergi gəlirlərinin azalmasına və şəhərin maliyyə problemlərinin dərinləşməsinə səbəb oldu. Əhali azaldıqca, ictimai xidmətlər (polis, yanğınsöndürmə, yol təmiri və s.) zəiflədi.[7] Şəhərin infrastrukturunun bərpası üçün kifayət qədər maliyyə resursu yox idi. Detroyt şəhər rəhbərliyi illərlə yüksək faizlə borclar götürüb büdcə çatışmazlığını doldurmağa çalışıb. 2013-cü ildə şəhərin ümumi borcu 18 milyard dollardan[8] çox idi.

İflasın elan edilməsi və nəticələr

[redaktə | mənbəni redaktə et]

18 iyul 2013-cü ildə Detroyt, 18 milyard dollardan artıq borcla rəsmi olaraq iflasını elan etdi.[9] İflas prosedurundan sonra şəhərin borcları yenidən strukturlaşdırıldı.[10] Şəhər infrastrukturuna investisiyalar artırıldı və yerli iqtisadiyyatı canlandırmaq üçün müxtəlif layihələr həyata keçirildi.[11][12]

  1. Davey, Monica; Walsh, Mary Williams. "Billions in Debt, Detroit Tumbles Into Insolvency". The New York Times. July 18, 2013. July 21, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 19, 2013.
  2. Mullen, Ann. "Judge rules Detroit Chapter 9 bankruptcy filing unconstitutional". Detroit: WXYZ-TV. July 19, 2013. July 23, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2013.
  3. Shepardson, David. "White House not offering Detroit help to avoid bankruptcy". The Detroit News. July 11, 2013. July 19, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2013.
  4. Egan, Paul. "Michigan AG challenges judge's ruling that Detroit bankruptcy is unconstitutional". Detroit Free Press. July 19, 2013. July 31, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2013.
  5. Michigan Appeals Court halts challenges to Detroit's bankruptcy filing CNBC, July 23, 2013
  6. Woodall, Bernie; Lichterman, Joseph. "U.S. judge halts challenges to Detroit's bankruptcy bid". Reuters. July 24, 2013. March 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 24, 2013.
  7. "First Order Establishing Dates and Deadlines" (PDF). U.S. Bankruptcy Court for the Eastern District of Michigan. August 2, 2013. February 22, 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: August 2, 2013.
  8. Joseph Lichterman; Bernie Woodall. "In largest-ever U.S. city bankruptcy, cuts coming for Detroit creditors, retirees". Reuters. December 3, 2013. September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 3, 2013.
  9. Dolan, Matt (June 3, 2014) Michigan Gov. Snyder Pledges to Sign Detroit Package Arxiv surəti 10 avqust 2022 tarixindən Wayback Machine saytında Wall Street Journal.
  10. Bomey, Nathan; Helms, Matt; Guillen, Joe. "Judge OKs bankruptcy plan; a 'miraculous' outcome". The Detroit Free Press. November 7, 2014. November 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2014.
  11. Dolan, Matthew. "Judge Approves Detroit's Bankruptcy-Exit Plan". The Wall Street Journal. November 7, 2014. February 8, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2016.
  12. Weissmann, Jordan. "Detroit Exits Bankruptcy, Thanks to Its Art Museum". Slate. November 7, 2014. January 31, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]