Detroyt (ing. Detroit) — əhalisinin sayına görə Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatının ən böyük şəhəri, ABŞ-Kanada dövlət sərhədində yerləşən ən böyük şəhər. 2016-cı il hesablamalarına görə əhalisi 672,795 nəfər təşkil edir ki, bu da Detroytu əhalisinin sayına görə ABŞ-nin 23-cü ən böyük şəhəri edir. Metro Detroyt adı ilə tanınan metropolis ərazisində 4.3 milyon nəfər yaşayır.
Şəhər | |||||
Detroyt | |||||
---|---|---|---|---|---|
ing. Detroit | |||||
|
|||||
42°19′54″ şm. e. 83°02′51″ q. u.HGYO | |||||
Ölkə | ABŞ | ||||
Ştat | Miçiqan | ||||
Mer | Mayk Daqqan | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1701 | ||||
Sahəsi | 370.2 km² | ||||
Mərkəzin hündürlüyü | 183 m | ||||
Saat qurşağı | UTC−5 , yayda UTC−4 | ||||
Əhalisi | |||||
Əhalisi | 681 090 nəfər (2013) | ||||
Sıxlığı | 1669.6 nəf./km² | ||||
Aqlomerasiya | 4 493 165 | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +1 313 | ||||
Poçt indeksi | 48201 | ||||
Digər | |||||
detroitmi.gov (ing.) | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər Detroyt çayının sahilində yerləşən mühüm limandır. Detroyt Metropolis Aeroportu ABŞ ərazisində yerləşən ən vacib iqtisadi qovşaqlardan biri hesab olunur. Detroyt şəhəri Orta Qərbi ABŞ-də Çikaqo və Minneapolisdən sonra üçüncü, bütövlükdə ABŞ-də isə 14-cü ən böyük iqtisadiyyata sahibdir.[1] Bu şəhər ABŞ-nin ən məşhur avtomobil sənayesi mərkəzi olaraq tanınır. General Motors, Ford və Chrysler kimi avtomobil istehsalçılarının baş qərargahı Detroytda yerləşir.
Detroyt şəhərinin əsası 24 iyul 1701-ci ildə fransız səyahətçi Antuan Lome de Lamot Kadilyak tərəfindən qoyulmuşdur. XIX əsrdə Böyük göllər regionunda mühüm sənaye qovşağına çevrilmişdir. XX əsrin əvvəllərindən etibarən avtomobil sənayesinin inkişaf etməyə başlaması nəticəsində şəhər iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamışdır. Lakin, sənayenin yenidən qurulması prosesi başladıqdan sonra avtomobil sənayesi zəifləməyə başlamışdır ki, bu da Detroyt əhalisinin sayının get-gedə azalması ilə nəticələnmişdir. 1950-ci ildə 1.85 milyon nəfərlə özünün pik həddinə çatan əhali sayı bu tarixdən etibarən indiyə qədər təqribən 60 faiz azalmışdır.[2] 2013-cü ildə Detroytda müflisləşmə baş versə də, 2014-cü ilin dekabrında bunun qarşısı uğurla alınmış və hökumət şəhərin maliyyəsinə nəzarəti yenidən ələ ala bilmişdir.[3]
2015-ci ildə Detroyt şəhəri UNESCO tərəfindən "Dizayn şəhəri" adına layiq görülmüşdür. Detroyt bu ada layiq görülmüş ilk ABŞ şəhəri olaraq tarixə keçmişdir.[4]