Yumşaq deysiya (lat. Deutzia mollis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü.
Yumşaq deysiya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Yumşaq deysiya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Çində geniş yayılmışdır.
Hündürlüyü 2 m olan koldur. Cavan zoğları ulduz formalı olub, tüklü, qırmızımtıl-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya uzunsov – yumurtavari, uzunluğu 4-8 sm-dir. Uc hissəsi sivri, qaidəsi enli, pazvari və ya zəif ürəkvaridir. Kənarları xırda mişardişli, üstdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl olub, yumşaq tüklüdür. Saplaqları 3-6 mm uzunluqdadır. Çiçək qrupu 6-8 sm diametrində, sıx, qalxanvaridir. Çiçəkləri ağ, 1-1,2 sm enindədir. Kasa yarpaqları sıx tüklü, enli-yumurtavaridir. Erkəkcikləri saplaqlı, telli, çıxıntısız, bizvaridir. Sütuncuqları adətən üçdür. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir. Meyvəsi şarşəkilli qutucuq, arakəsmələri vasitəsilə ayrıca hissələrə bölünür, çoxsaylı toxumlarının uzunluğu 2,5 -2,7 mm, eni 3 mm-dir. Bu növ yazın axırında - yayın əvvəlində bol və uzun müddət çiçəkləyir. Toxumları ellipsvari, qısa, üçkünc qanadlı, qonur rəngli, uzunluğu 1 mm, eni 0,5 mm-dir. Toxumlarla, forma və sortları isə qələmlərlə çoxaldılır. Deysiya hər il budanmalıdır. 25 ilə qədər yaşayır.
Bol çiçəkləməsi üçün rütubətli, yaxşı gübrələnmiş torpaqlara ehtiyacı vardır. Şəhər şəraitini yaxşı keçirir, tüstüyə, qaza, quraqlığa davamlı, işıq, istisevən, zərərverici və xəstəliklərlə az zədələnir. Soyuq qışda çox donduqdan sonra zoğları yenidən çıxır və bitkilər həmin ildə çiçəkləyir.
Abşeronda park və bağlarda rast gəlinir.
Deysiya bağda tək, qruplarla, bordyurda və canlı hasarlarda əkilir. Çox miqdarda sadə və ya çoxləçəkli çiçəkləri olan dekorativ formaları və sortları becərilmişdir.