Devid Foster Volles (ing. David Foster Wallace; 21 fevral 1962[2][3][…], İtaka[d], Nyu-York ştatı[8] – 12 sentyabr 2008[4][2][…], Klermont[d], Kaliforniya[8]) — ABŞ yazıçısı.
Devid Foster Volles | |
---|---|
ing. David Foster Wallace[1] | |
Doğum tarixi | 21 fevral 1962[2][3][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 sentyabr 2008[4][2][…] (46 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | asılma[d][9][10][…] |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı, esseist, universitet müəllimi[d] |
Fəaliyyət illəri | 1987-ci ildən |
İstiqamət | Postmodernizm |
davidfosterwallacebooks.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Devid Foster Volles 1962-ci ilin 21 fevralında Nyu-Yorkda anadan olub. İllinoys Universitetində fəlsəfə professoru olan atasının və İngilis dili professoru olan anasının təsiri ilə uşaq yaşlarından etibarən fəlsəfəyə və ingilis dilinə marağı böyük olub. 1987-ci ildə Arizona universitetində ingilis dili üzrə təhsil almağa başlayan yazıçı həmin il ilk romanı olan "Sistemin süpürgəsi" (The Broom of the System) adlı əsərini bitirmişdi. Daha sonradan Harvard Universitetində fəlsəfə üzrə də təhsil alan Devid depresiyya, narkotik, tennis, sinema kimi bir-birindən fərqli mövzularda qısa hekayələr və məqalələr yazaraq adını eşitdirməyə bacarmışdı. 1996-cı ildə yazdığı "Sonsuz Zarafat" (Infinite Jest) adlı əsəri ilə olduqca uğur qazanmış, əsər "Time" jurnalı tərəfindən 1923-cü ildən bəri yazılmış ən yaxşı 100 ingilis romanı siyahısına əlavə edilmişdi. 2011-ci ildə yazıçının ölümündən sonra yayımlanmış "The Pale King" əsəri isə Pulitser mükafatına namizəd olmuşdu.
Devid Foster Volles həyatının böyük hissəsində ağır depressiyadan əziyyət çəkmişdi. Meditasiya üsulu və antidepresanlarla müalicə almağa çalışsa da, depressiyasından xilas ola bilməmiş, 2008-ci ildə iki səhifəlik intihar məktubu yazdıqdan sonra yaşadığı evdə özünü asaraq intihar etmişdi.