Devid Tennant (ing. David Tennant, anadan olanda adı — Devid Con Makdonald ing. David John McDonald; 18 aprel 1971, Basgeyt) — Şotland aktyor. Ən çox 2005 və 2010-cu illər arasında Doktor Kim serialında onuncu Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Devid Tennant | |
---|---|
ing. David John McDonald | |
| |
Doğum adı | David John McDonald |
Doğum tarixi | |
Doğum yeri | Birləşmiş Krallıq, Şotlandiya, Basgeyt |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Atası | Aleksander Makdonald |
Anası | Helen Makdonald |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1987 - günümüz |
Təhsili |
|
Boyu | 1,85 m |
IMDb | ID0855039 |
david-tennant.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Devid Con Makdonald 1971-ci ilin aprelin 18-də, Şotlandiyanın Vest Lotian dairəsinin Basgeyt şəhərində anadan olub. Atası Aleksander Sendi Makdonald (1937–2016),[1] Şotlandiya Kilsəsinin Baş Assambleyasının vasitəçi olan kəşiş, anası isə Helen Makleon (1940–2007)[2][3] idi. O, Renfruşir dairəsinin Ralston şəhərində,[4][5][6] qardaşı Bler və bacısı Karen ilə böyüyüb[7].
Üç yaşında o Doktor Kim serialı sevdiyinə görə, valideynlərə aktyor olmağa istədiyini deyib.[8] Fəqət, onlar Devidi daha normal bir peşə üçün həvəsləndirməyə çalışırdılar. O, az qala bütün Doktor Kim seriyalarını baxıb və Qlazqoda keçirilən kitab imzalama mərasimdə Tom Beyker ilə danışmışdı.[7]
Şotlandiya Kral Musiqi və Dram Akademiyasının dərslərinə gəlirdi.[9]
Tennant öz peşəkar aktyorluq karyerasını orta məktəbində başlayıb. 16 yaşında, o Qlazaqo Sağlamlıq Şöbəsi hazırladığı tütün çəkməyə qarşı filmində oynayıb. Bu film televiziyada və məktəblərdə göstərilmiş.[10]
Born in Bathgate, West Lothian, David John McDonald
David's birthday is 18 April
Aktyor və ya aktrisa ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |