Dey Kin (ing. Day Keene) və ya əsl adı ilə Qunard Hyerştedt (ing. Gunnar Hjerstedt; 28 mart 1904[1], Çikaqo, İllinoys – 9 yanvar 1969[1], Hollivud, Kaliforniya) — ABŞ yazıçısı, dramaturqu, aktyoru, detektiv romanların müəllifi.
Dey Kin | |
---|---|
Təxəllüsü | William Richards[2] |
Doğum tarixi | 28 mart 1904[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 yanvar 1969[1] (64 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, ssenarist, fantastika yazıçısı[d] |
Əsərlərinin dili | ingilis dili |
Janr | detektiv |
Gələcək yaradıcılıq karyerasına repertuar teatrında aktyor kimi başlamışdır. Orada da pyeslər yazmasına baxmayaraq, uğur qazanmamışdı. Sonradan dramla məşğul olmaq qərarına gəlmiş və radio üçün "sabun operaları" yazmağa başlamışdır. Dey Kin 1930-cu illərdə "Little Ennie" radioverilişinin əsas yazıçısı kimi çalışırdı. O, 1940-cı illərdən detektiv romanlar yazmağa başlamışdır. O, yazılarını jurnallarda nəşr etdirirdi, əsərləri "Qara maska" və "Bir qəpiklik detektiv" silsilələrində çap olunurxu. 1940-cı illərin sonlarında daha yaxşı həyat axtarışında olan Kin Floridanın o vaxtkı seyrək məskunlaşmış qərb sahilinə köçmüş və burada oxşar romanları yazmağa davam etmişdir. 1960-cı illərdə detektiv hekayələrdən uzaqlaşaraq "əsas" romanlar yazmışdır. Dey Kin 1969-cu ildə Şimali Hollivudda vəfat etmişdir.