Deyl Karnegi

Deyl Brekendric Karnegi (ing. Dale Breckenridge Carnegey, 1922-ci ildən sonra — Carnegie; 24 noyabr 1888[1][2][…], Merivill[d], Missuri1 noyabr 1955[1][2][…], Nyu-York, Nyu-York ştatı[3]) — amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı. Ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Onun kitabları indi də bütün dünyada çox populyardır.

Deyl Karnegi
ing. Dale Arley Carnegie
Doğum tarixi
Doğum yeri Merivill, Missuri, ABŞ
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Vəfat səbəbi limfoma
Təhsili
  • Amerika Dramatik İncəsənət Akademiyası[d]
Fəaliyyəti yazıçı, spiker-motivator[d], müəllim, bioqraf, psixoloq, mühazirəçi[d]
İmza
dalecarnegie.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb. Belə ki, təhsil haqqını ödəyə bilməyən Deyl anasının məsləhəti ilə diskussiya dərnəyinə daxil olub, nitq mədəniyyətini öyrənir. Və müxtəlif mövzular üzrə çıxışlar edərək pul qazanmağa başlayır. Yaxşı natiq kimi tanınan Deyl təhsilini başa vurduqdan sonra ticarətlə məşğul olmağa başlayır. Bu sahədə işləri pis getməsə də o, natiqlik sənətinin ardınca getmək qərarına gəlir. Və bu məqsədlə Nyu- Yorka yollanır.

Nyu-Yorkda natiqlik sənəti üzrə kurslar aparan Deyl insani münasibətlərlə maraqlanmağa başlayır. 1936-cı ildə işıq üzü görən «Dostu necə qazanmalı və insanlara necə təsir etməli?» adlı kitabı Deylin həyatını büsbütün dəyişir. Bir il ərzində milyon nüsxədən çox satılan bu kitab tezliklə 14 dilə tərcümə olunur. Deyl kitabında insanlarla rəftarın əsas metodlarından, eyni zamanda onları incitmədən, təhqir və təhdid etmədən öz baxışlarına meylləndirmə üsullarından və s. məsələlərdən söhbət açırdı.

Deyl Karnegi bu kitabla kifayətlənmədi, insani münasibətlər mövzusunda daha bir neçə kitabı oxucuların ixtiyarına verdi. Onun metodikasının əsas prinsipi belə idi: «Tənqid mənasızdır, tənqid insanı yalnız müdafiəyə keçməyə məcbur edir. Bu zaman isə tənqid olunan insan bir qayda olaraq, hər vəchlə özünə haqq qazandırmağa çalışır. Ümumiyyətlə, tənqid təhlükəlidir. Adamın qüruruna, heysiyyətinə toxunur və buna məruz qalan insan bütün ömrü boyu bunu yadda saxlayır».

Missuri ştatında sadə həyat tərzi sürən Deyl bu prinsip əsasında qələmə aldığı əsərləri ilə dünya şöhrəti qazandı. Və yarım əsrdən artıqdır ki, Deyl Karneginini əsərləri geniş oxucu audotoriyasını itirməyib. Deyl Karnegi 67 yaşında dünyasını dəyişib.

Məşhur amerikalı yazar, ünsiyyət mütəxəssisi Deyl Karnegi (Dale Carnegie) 1888-ci ildə ABŞ-də, Missuriyada anadan olmuşdur. Dövlət Müəllimlər Kollecini (State Teacher's College) bitirdikdən sonra o, Qərbi Nebrasko və Şərqi Vayominqin qumlu təpələri arasına səpələnmiş rançoların sahibləri üçün qiyabi təhsil kursları təşkil etməyə çalışmışdı. Lakin bu işdə uğur qazana bilməmişdi. Daha sonra Omaxada məskunlaşaraq "Armour and Company" şirkətinə bekon, donuz piyi və sabun satışı üzrə agent vəzifəsinə işə düzəlmiş, həmin firmanın Cənubi Omaxadakı idarəçisinə çevrilmişdir. O çox çətin bir işin öhdəsindən gələrək şirkətin 25 məntəqədən ibarət ən pis satış rayonunu iki il ərzində birinci yerə yüksəltmişdi. Bundan sonra ona təklif edilən karyera imkanını qəbul etməyərək Nyu-Yorka yollanmış və Amerika Dram Akademiyasına daxil olmuşdur. O, "Sirk Polisi" pyesində doktor Xartni rolunu oynayaraq bütün ölkəni gəzmiş, Daha sonra maşınların satışı ilə məşğul olan "Pikkard Motorcar Company" şirkətində işə düzələrək yenidən ticarətə qoşulmuşdur. Burda da uğursuzluqla rastlaşan Karnegi biznesmenlər üçün natiqlik kursları təşkil etməyə imkan yaratmaları üçün Nyu-Yorkdakı Xristian Gənclər Assosiasiyasına müraciət etdi. İlk başda heç nə alınmasa da, sonralar belə bir kursa maraq göstərən gənclərin sayı artdı və bununla da Deyl Karnegi məşhurlaşdı, onun pedaqoji fəaliyyət dairəsi Nyu-York, Filadelfiya və Baltimoru, sonralar isə hətta Paris və Londonu da əhatə etməyə başladı. Beləliklə, bütün bunlar onu "Natiqlik sənəti və biznesdə insanlara təsiri" adlı dərslik yazmağa vadar etdi. Sonralar bu kitab bir çox dövlət qurumu tərəfindən rəsmi dərslik kimi təsdiq olundu. Öz adını daşıyan "Natiqlik sənəti və insan münasibətləri institutu"nu yaradan yazar, bir çoxu gələcəkdə cəmiyyətin bütün sahələrində aparıcı rol oynayan yüz minlərlə tələbə yetişdirdi.

Deyl Karnegi insanların "şəxsi inkişaf" mövzusunda nə qədər az məlumata sahib olduqlarını, hətta hər hansı bir canlı haqqında insandan daha çox kitab olduğunu başa düşərək, həyatını bunu dəyişdirməyə həsr etmişdir. Yazdığı kitablarda əsasən yaşanmış və sınaqdan keçmiş hadisələrdən istifadə etmişdir. Onun ən məşhur əsərlərindən "Dostu necə qazanmalı və insanlara necə təsir etməli" kitabı təkcə çap olunduğu 1936-cı il ərzində 30 milyondan çox satılmış, bir çox dilə tərcümə edilmişdir.

Onun "insanlarla ünsiyyət" mövzusunda yazdığı yararlı kitablardan biri də "Dostları necə qazanmalı , insanlara necə təsir etməli" adlı kitabıdır. Bu kitab 15.000.000 nüsxədən çox satılıb və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Maraqlısı isə budur ki,"Dostları necə qazanmalı?" kitabının müəllifi Dale Carnegie-i tənha bir şəkildə vəfat etmişdir.

  1. 1 2 Bibliothèque nationale de France Dale Carnegie // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Dale Carnegie // GeneaStar.
  3. Çex Milli Hakimiyyət Məlumat bazası.