Deyl Kuk

Deyl "Apollo" Kuk (ing. Dale "Apollo" Cook) — ABŞ aktyoru və idmançısıdır. Taekvondo üzrə 7-ci dərəcəli qara kəmərə sahibdir.

Deyl Kuk
ing. Dale "Apollo" Cook
Doğum tarixi (64 yaş)
Doğum yeri ABŞ ABŞ, Oklahoma, Talsa
Vətəndaşlığı
Fəaliyyəti Döyüş ustası, aktyor
IMDb ID0176979

Həyatı[redaktə | mənbəni redaktə et]

Deyl Kuk 1958-ci ildə Talsa şəhərində doğulmuşdur. Əvvəllər Taekvondo, sonralar isə Karate idman növü ilə məşğul olmuşdur. Onun bu idman növlərinin hər birindən qara kəməri vardır. 1977-1996-cı illər boyu bir çox yarışmalar keçirmişdir. Yarışmaları tərk etdikdən sonra karate üzrə müəllim fəaliyyətinə başlamışdır. Həmçinin, Deyl Kukun qardaşı Con Kuk da idmanla məşğuldur.

Titullar[redaktə | mənbəni redaktə et]

  • Peşəkar Karate Assosiasiyası
    • P.K.A. Orta çəki üzrə Dünya çempionu
  • Şutboksinq
    • Şutboksinq üzrə Dünya çempionu
  • Ümumdünya Kikboksinq Assosiasiyası çempionu
    • WKA Orta çəki üzrə Dünya çempionu
    • WKA World Super çəki üzrə Dünya çempionu

Film karyerası[redaktə | mənbəni redaktə et]

İl Film Rol
1991 Şöhrətin yumruğu Ceyk Reynolds
1991 Qanlı Rinq Maks Rivers
1992 Əbədi yumruq Amp
1992 Ölümcül mühasirələr Qaicin
1992 Üçqat zərbə Deyv Masters
1993 Amerikalı kikboksçu 2 Mayk Klark
1994 İkiqat partlayış Qreq
1995 Kikboksçuların kralı 3: Sonuncu Noqdaun Conni Rider
1995 Qanlı Rinq 2 Maks Rivers

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]