Dezoksiriboza

Dezoksiriboza ― daha dəqiq, 2-dezoksiriboza H−(C=O)−(CH2)−(CHOH)3−H formullu monosaxariddir. Dezoksiriboza şəkərinin riboza şəkərindən fərqi, adından da görsəndiyi kimi, C2-də olan oksigen atomu əksikliyidir. Həmçinin Arabinoza və riboza şəkərləri də C2-nin stereoizomerliyinə görə fərqlənirlər, lakin Dezoksiriboza ribozadan istehsal olunduğu üçün biz onu 2-dezoksiarabinoza adlandıra bilmərik.

Dezoksiriboza
Ümumi
Kimyəvi formulu C₅H₁₀O₄[1]
Molyar kütlə 0 kq[1]
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 91 °C
Təsnifatı
CAS-da qeyd. nöm. 36792-88-8
PubChem
ChemSpider

Dezoksiriboza 1929-cu ildə Fobus Levene [2] tərəfindən kəşf olunmuşdur. Fobus Levene həmçinin, RNTDNT-ni xarakterizə etmiş, D-ribozanı, DNT-nin tərkibinin adenin, quanin, timin, sitozin azot əsasları, dezoksiriboza və fosfat qrupundan ibarət olduğunu tapıb.

D-dezoksiriboza və L-dezoksiriboza

Dezoksiribozanın bütün hidroksid qrupları(−OH) Fişer proyeksiyasında eyni tərəfdədir. Fişer proyeksiyasındakı hansı tərəfdə yerləşməsinə görə 2 enantiomerə bölünür: bioloji əhəmiyyətli 2-dezoksi-D-riboza və nadir hallarda rast gəlinən, güzgü əksi olan 2-dezoksi-L-riboza [3] . Dezoksiriboza aldehid qrupundan və 5 karbon atomundan ibarət monosaxarid və ya aldopentozadır. Suda məhlulunda Dezoksiriboza əsasən bu 3 quruluşda olur: xətti quruluş(~0.7%), 5-li halqalı quruluş (deoksiribofuranoza; ~25%) və 6-lı halqalı quruluş (deoksiribopiranoza; ~75%).

Dezoksiribozanın məhlulda kimyəvi tarazlığı

Bioloji əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

2-dezoksi-D-riboza orqanizmin əksər hüceyrələrində irsi məlumatların daşıyıcısı olan DNT-nin tərkibini təşkil edir.[4] DNT spiral halında burularaq bir-birinə sarılmış iki polimer zəncirdən ibarətdir və hər bir zəncir nukleotidlərdən ibarətdir. Nukleotid Fosfat qrupundan və nukleosiddən, nukleosidlər isə pentoza(2-desoksiriboza) və amin qrupdan təşkil olunub. Amin qrupu dezoksiribozanın C1 karbonuna, Fosfat qrupu isə iki şəkərə- birinə C3-dən, digərinə isə C5-də, hidroksil qrupunu əvəz edərək birləşir.

  1. 1 2 beta-D-2-Deoxyribose (ing.).
  2. "Comprehensive Timeline of Biological Discoveries" (PDF). 10 September 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 July 2017.
  3. C Bernelot-Moens and B Demple (1989), Multiple DNA repair activities for 3′-deoxyribose fragments in Escherichia coli. Nucleic Acids Research, Volume 17, issue 2, p. 587–600.
  4. C.Michael Hogan. 2010. Deoxyribonucleic acid. Encyclopedia of Earth. National Council for Science and the Environment. Arxivləşdirilib 2012-12-25 at the Wayback Machine eds. S.Draggan and C.Cleveland. Washington DC