Dişli pirakanta

Dişli pirakanta (lat. Pyracantha crenulata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü.

Dişli pirakanta
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Vətəni Şərqi Asiya və Hindistandır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 4–6 m olan, tikanlı, dağınıq budaqlı, həmişəyaşıl və ya yarım həmişəyaşıl koldur. Yarpaqları növbəli, neştərvaridir, uzunluğu 2–5 sm, kənarları dişli, çılpaq, üstü parlaq yaşıl rəngli, qısa saplaqlıdır. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağ rənglidir, mürəkkəb qalxanvari çiçək qrupunda yerləşir. Meyvələri xırda, alma şəkilli, qırmızı və ya narıncı rənglidir, oktyabr-noyabr aylarında yetişir. Toxumla çoxaldılır. Bitkini budadıqda müxtəlif forma vermək olur.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Quraqlığa, istiyə, soyğa davamlı bitkidir. Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tək, qrup halında, canlı çəpərlərin salınmasında çox effektlidir. Xüsusilə payızda narıncı-qırmızı meyvələrlə örtüldükdə çox dekorativ olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]