Diana Duraeş

Diana Marqarida Duraeş (d. 8 iyun 1996, Fafi[d]) — Portuqaliyalı üzgüçü. Diana Duraeş Portuqaliyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil edib.

Diana Duraeş
Şəxsi məlumatlar
Tam adı Diana Marqarida Duraeş
Vətəndaşlığı Portuqaliya Portuqaliya
Doğum tarixi (27 yaş)
Doğum yeri Fafe, Portuqaliya[1]
İdman növü Üzgüçülük
28 may 2019 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Diana Duraeş birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:01.48 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 26-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi. Bu nəticə ilə o, 200 m sərbəst stildə Portuqaliya rekordunu yeniləmişdir.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Diana Durães bate recorde nacional dos 800 metros livres". 2017-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-28.
  2. "Heats results". FINA. 25 July 2017. 30 September 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 May 2019.
  3. "2017 World Aquatics Championships > Search via Athletes". Budapest 2017. 25 July 2017. 2 August 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 May 2019.