Diaqnostik İnformasiyanın alınmasının fiziki əsasları

Kitab Azərbaycan Texniki Universiteti-nin Maşınqayırma fakültəsinin 06.11.2013-cü il tarixli, 02 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq olunmuşdur. 2014-cü ildə nəşr olunmuşdur. 164 səhifədən ibarətdir. Dərs vəsaitinin elmi redaktoru Bakı Dövlət UniversitetininQafqaz Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru N.M. Gocayevdir.

Diaqnostik informasiyanın alınmasının fiziki əsasları
Dərs vəsaiti
Müəlliflər Zakir Cahangirli, Eldar Qocayev, Cüməli Qəniyev
Janrlar Dərs vəsaiti
Orijinalın dili Azərbaycan dili
Ölkə Azərbaycan
Nəşriyyat Azərbaycan Texniki Universiteti-nin mətbəəsi
Nəşr Bakı,2014
Cild 1
Səhifə 164
Tiraj 300

Kitab haqqında qısa məlumat[redaktə | mənbəni redaktə et]

Rəy verənlər isə Azərbaycan Memarlıq və İnşaat Universiteti Fizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru T.H. Cəbrayılov və Azərbaycan Texniki Universitetinin Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru E.Ə. Allahyarovdur. Mövcud tədris proqramı əsasında tərtib olunmuş "Diaqnostik informasiyanın alinmasının fiziki əsasları" adlı dərs vəsaiti texniki universitetlərin bakalavr pilləsində "Biotibbi texnologiya mühəndisliyi (Tibbi və diaqnostik üsul və cihazları)" ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Kitabdakı bölmələr haqqında[redaktə | mənbəni redaktə et]

Texniki Universitetlərdə bakalavr təhsil pilləsi tələbələri üçün nəzərdə tutulmuş dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodiki Şurası "Fizika" bölməsinin qərarı ilə təsdiq olunmuş Ali Texniki məktəblər üçün "Diaqnostik informasiyanın alınmasının fiziki əsasları" proqramı əsasında tərtib edilmişdir. Dərs vəsaiti üç fəsildən ibarətdir. Birinci fəsildə sistematik şəkildə bioloji mühitin fiziki xarakteristikaları, ultrasəsin bioloji mühitdə yayılması, müxtəlif mühitlərin sərhəddində ultrasəsin əksolunması və sınması, mühitin akustik parametrləri, akustik müqavimət və onun ultrasəsin əksolunmasına təsiri şərh olunmuşdur. İkinci fəsil rentgen tomoqrafiyası, rentgen şüaları və onların mühitdə yayılması, rentgen şüalarının təbiəti, rentgen şüalarının maddəyə, canlı orqanizmə təsiri, üçüncü fəsil isə maqnit-rezonans tomoqrafiyasına həsr olunmuşdur.

Kitabda istifadə olunan ədəbiyyat siyahısı[redaktə | mənbəni redaktə et]

  1. Домаркас В.И., Пилецкас Э.Л. Ултразвуковая эхоскопия. Л.: Машиностроение, 1988. 276 с.
  2. Применение ултразвука в медицине: Физические основы : Пер. с англ. / Под ред. Хилла К.М.: Мир, 1989. 568 с.
  3. Advances in ultrasound techniques and instrumentation / Ed by Wells P.N., N.Y.; Edinburg; L.: Churchill Livingstone, 1993. 192 p.
  4. Терновой К.С., Синьков М.В. Закидальский А.И., Яник А.Ф. и др. Введение в современную томографию. — К.: Наук. думка, 1983.
  5. Физика визуализации изображений в медицине: В 2-х томах. Т.1:Пер. с англ./Под ред. С. Уэбба.-М.: Мир,1991.- 408 с.
  6. Мэнсфилд П. Быстрая магнитно-резонансная томография // Успехи физических наук, 2005, т. 175, № 10, с. 1044—1052 (перевод на русский)
  7. Сликтер Ч. Основы теории магнитного резонанса. М.: Мир, 1981. 448 с. (перевод на русский)
  8. Хеберлен У., Меринг М. ЯМР высокого разрешения в твердых телах. М.: Мир, 1980. 504 с.