Diaspor Gənclərinin Yay Düşərgəsi (Azərbaycan)

Diaspor Gənclərinin Yay Düşərgəsi - Azərbaycanda hər il təşkil edilən beynəlxalq tədbir[1].

Diaspor Gənclərinin Yay Düşərgəsi
Tarix(lər) 2018, 2019, 2022, 2023
Yer Şəki, Şamaxı, Şuşa, Naxçıvan
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 2018
Sponsor(lar) Heydər Əliyev Fondu, Diaspora Dəstək Fondu

Tarixi[redaktə | mənbəni redaktə et]

I Yay Düşərgəsi[redaktə | mənbəni redaktə et]

Diaspor Gənclərinin ilk Yay Düşərgəsi AR Diasporla İş üzrə Dövlət Komitəsi, AR Gənclər və İdman Nazirliyi və AR Gənclər Fondunun birgə təşkilatçılığı ilə 22-28 avqust 2018-ci il tarixlərində Şəki şəhərində keçirilib[2].

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Yay Düşərgəsində ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya və Böyük Britaniya da daxil olmaqla 37 ölkədən 140 diaspor gənci iştirak edib. Diaspor Gənclərinin I Yay Düşərgəsində hökümət rəsmiləri, millət vəkilləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Diaspor Gənclərinin I Yay Düşərgəsində gənclər siyasəti, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifləndirmə, idman, mediada diaspor və digər mövzularda müzakirələr aparılıb.

II Yay Düşərgəsi[redaktə | mənbəni redaktə et]

“Nəsimi-650″ adlı Diaspor Gənclərinin II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə 2019-cu il 9-14 iyun tarixlərində Şamaxı şəhərində keçirilib[3].

Yay Düşərgəsində 47 ölkədən 107 diaspor gənci iştirak edib[4]. II Yay Düşərgəsi çərçivəsində xaricdəki diplomatik nümayəndəliyin rəhbərləri və bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri, eləcə də ictimai xadimlər və media nümayəndələri ilə görüşlər keçirilib.

III Yay Düşərgəsi[redaktə | mənbəni redaktə et]

Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu ilə birlikdə 2022-ci ilin 2-8 avqust tarixlərində Şuşa şəhərində Diaspor Gənclərinin III Yay Düşərgəsini təşkil edib[5][6]. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi olub[7]. Bu layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib[8]. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də müxtəlif xalqların nümayəndələri olub[9].

“Diaspor və gənclər siyasəti”, “Dövlət qurumları ilə ictimai əlaqələrin qurulması”, “Layihələrin yazılması və “Fundraising" prosesinin təşkili”, “Diplomatiyada fəaliyyətinin qurulmasında gənclərinin rolu”, “Şəbəkənin genişləndirilməsi və Diaspor Gənclərinin (ADG) təqdimatı” mövzularında panellər təşkil edilib[10].

IV Yay Düşərgəsi[redaktə | mənbəni redaktə et]

Diaspor Gənclərinin IV Yay Düşərgəsi 12-18 avqust 2023-cü il tarixində Naxçıvanda keçirilib[11].

Düşərgədə dünyanın 50-dən çox ölkəsindən gələn 100-dən çox gənc iştirak edib[12]. Yay Düşərgəsi gənclərin müasir tarix, diplomatiya, dil və mədəniyyət barədə hərtərəfli məlumat almaları, öz aralarında şəbəkələşlmələri üçün xüsusi platforma rolunu oynayır[13].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Diaspora Youth Camp Arxivləşdirilib 2023-06-06 at the Wayback Machine // cannorway.com
  2. В Азербайджане состоялась церемония официального открытия I Летнего лагеря диаспорской молодежи с участием юношей и девушек из Украины Arxivləşdirilib 2022-12-04 at the Wayback Machine // kievinform.com
  3. В Шамахе открылся II летний лагерь диаспорской молодежи // azru.org
  4. ЛЕТНИЙ ЛАГЕРЬ ДИАСПОРСКОЙ МОЛОДЕЖИ // novoye-vremya.com
  5. This year’s Summer Camp for Azerbaijani Diaspora Youth has concluded in the country’s city of Shusha. Arxivləşdirilib 2023-06-04 at the Wayback Machine // diasporadigitalnews.com
  6. Азербайджанская молодежь поедет в летний лагерь в Шушу // addnt.ru
  7. Состоялась церемония открытия III Летнего лагеря диаспорской молодежи // innews.media
  8. Azerbaijani Diaspora Youth Attend Summer Camp Arxivləşdirilib 2023-02-02 at the Wayback Machine // thej.ca
  9. В Шуше состоялось открытие III Летнего лагеря диаспорской молодежи // ednews.net
  10. Участники III Летнего лагеря диаспорской молодежи побывали в Государственном комитете по работе с диаспорой Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine // turktoday.info
  11. Fourth Summer Camp of Diaspora Youth “Heydar Aliyev-100” to be held in Nakhchivan Arxivləşdirilib 2023-06-07 at the Wayback Machine // azertag.az
  12. IV Diaspora Youth Summer Camp: Legacy and Education Amid Celebration // bnn.network
  13. IV Yay Düşərgəsi // ahik.org