Diaspor muzeyi

Diaspor muzeyi — Yəhudi xalqının muzeyi (ivrit dilində:‏בית התפוצות‏) — Ramat-Əvivdəki (Tel-Əviv, İsrail) Tel-Əviv muzeyinin kampusu ərazisində yerləşən Naxum Qoldman adına yəhudi diasporunun muzeyi

Diaspor muzeyi
אנו – מוזיאון העם היהודי
Loqonun şəkli
Xəritə
Əsası qoyulub 1978
Açılış tarixi 15 may 1978
Mövzu Müasir incəsənət muzeyi
Ölkə
Yerləşir İsrail, Tel-Əviv muzeyi
32°06′50″ şm. e. 34°48′19″ ş. u.HGYO
[1] Diaspor muzeyinin rəsmi saytı]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diaspor muzeyi 1978-ci ilin mayında təşkil olunmuşdur[1] və bu dövrün ən müasir incəsənət muzeylərindən biri hesab olunur.

Diaspor evinin yaradılması ideyasını keçmiş və müasir yəhudi diasporunun abidəsini yaratmağa səy göstərən Ümumdünya yəhudi konqresinin banisi və prezidenti Naxum Qoldman təklif etmişdir[2].

Audio-vizual displeylərdən istifadə olunmaqla yəhudi xalqının 2600 il bundan əvvəl İsrail torpaqlarından qovulmasından bu günədək əsrlər boyu bütün dünyaya səpələnmiş yəhudi diasporunun tarixini nümayiş etdirir.

Şair Abba Kovnerin[3] təklifi ilə muzey 6 tematik hissəyə bölünmüşdür. Sərgilər mərtəbələr və mövzular üzrə yerləşdirilmişdir.

İsrail hökuməti 2011-ci ildə yeni texnologiyalardan istifadə olunmaqla muzeyin genişləndirilməsi və moderizasiyası planını bəyənmişdir. Muzeydə eksponatların bərpası da həyata keçirilir. 2015-ci ildə yeni sinaqoq zalının açılması və 2017-ci ildə yenidən qurulmasının başa çatdırılması planlaşdırılmışdır. Muzeyin yenidən qurulması proqramında yəhudi və İsrail cəmiyyətində baş verən əhəmiyyətli dəyişikliklər, həmçinin muzey texnologiyasının ən yeni nailiyyətləri öz əksini tapmışdır. Muzey tamaşaçılara yəhudi xalqının Bibliya dövründən müasir dövrədək olan tarixini, mədəniyyətini, yəhudi həyat tərzini bütün dolğunluğu ilə çatdırmağa çalışır[4].

  • Comay, Joan. The Diaspora Story: The Epic of the Jewish People among the Nations (1981), Tel Aviv y Bnei-Brak: Steimatzky, repr. 1994.
  • Sand, Shlomo. La invención del pueblo judío (Comment le peuple juif fut inventé?, 2011); trad. portuguesa de Eveline Bouteiller como A invenção do povo judeu: da Biblia ao sionismo, San Pablo: Saraiva-Benvirá, 2012.
  • Kovadloff, Santiago. La extinción de la diáspora judía, Buenos Aires: Emecé, 2013.
  1. La inauguración coincidió con el 30° aniversario de la creación del Estado de Israel (Wigoder, "Beth Hatefutsoth", JVL, 2008)
  2. "Вторая жизнь музея диаспоры". 2012-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-08.
  3. Carnvek, Second Life, 2012.
  4. "Новая основная экспозиция музея диаспоры". 2014-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-08.