Diatom yosunlar (lat. Bacillariophyta). Bu tipə tək, nadir hallarda qonur rəngli (piqmenti — fukoksantin) mikroskopik (0,75 mkm – 2 mm) kolonial orqanizmlər daxildir. Diatom yosunlar planktonda geniş, daha az miqdarda dəniz və şorsu hövzələrinin bentosunda, bəziləri torpaqda məskunlaşırlar; müasir diatom yosunlar qütb dairəsinə yaxın və əsasən arktik hövzələrdə yayılmışdır. Hüceyrə ikitaylı silisium qabıq içərisində yerləşir, qabıq iki elementdən ibarətdir; bunlardan kiçiyi qapaq kimi həmişə digər tayı örtür. Sonuncunun içərisində dairəvi lövhə (tayın özülü) və kəmərcik (yan tərəflər) ayrılır.
Diatom yosunlar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Diatom yosunlar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
Bacillariophyta | ||||||||||
|
Lövhənin formasına görə diatom yosunlar tipi iki sinifə ayrılır: pennatlar və sentriklər. Pennat diatom yosunlar ikitərəfli simmetriyalı olub, formaları uzunsov oval (yumurtavari), iynəşəkilli olur, adətən, qabığın ortasında yarıqşəkilli dəlik (tikiş xətti) yerləşir. Sentrik diatom yosunlar radial simmetriya ilə səciyyələnir, formaca dairəvi, üçbucaq, ulduz şəkillidir. Bütün diatomeaların kəmərcik tərəfdən görünüşü çubuqşəkillidir (uzunsov-düzbucaqlı) ki, bu da tipin ikinci adını – Bacillariophyta (lat. bacillus — çubuq) təyin etmişdir. Qabığın taylarında çoxsaylı hamar və ya qabarıq nazik haşiyəli iri və xırda dəliklər vardır.
Diatom yosunlar 300-ə qədər cinsi və 1200-dən çox müasir və fossil növləri məlumdur. Cinsi və qeyri-cinsi yolla artırlar. Süxur əmələgətirən orqanizmlərdir; bitkilər məhv olduqdan sonra dibə çökərək (çox vaxt bir-birindən ayrılmış tayalar şəklində) silisium lillərini, qazıntı halında isə silisium süxurlarını (diatomitlər, trepellər, opokalar və b.) əmələ gətirirlər. Diatom yosunlar — sentriklər təbaşirdə (yura tapıntıları haqqında məlumatlar mübahisəlidir), pennatlar isə paleogendə meydana gəlmişdir; orta paleogenin şirinsu hövzələrində yaşamağa uyğunlaşmışdır, buna qədər isə təmamilə dənizlərdə məskunlaşmışlar. Cavan çöküntülərin (neogendən başlayaraq) zonal bölgülərinin əsaslandırılmasında diatom yosunlar böyük əhəmiyyəti vardır. Fatsiya göstəricisi (göl, çay və b.) kimi diatom yosunlar olduqca əhəmiyyətlidir. Təbaşir — müasir.
Xəzərdə 292 növü qeyd edilmişdir, onlardan planktonda 165 növ, bentosda isə 129 növü yaşayır. Chaetoceros, Thalassiosira, Coscinodiscus və Rhizosolenia cinsləri Xəzərin planktonunda və fitoplanktonunda mühüm rol oynayır.
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.