Neogen dövrü

Neogen dövrüKaynozoy erasının əvvəlindən etibarən ikinci geoloji dövr. Davametmə müddəti təqribən 23 milyon ildir.

  • Miosen
    • Piasenziya
    • Zanklin
  • Pliosen
    • Messin
    • Torton
    • Serravalli
    • Langi
    • Burdiqal
    • Aquitan

Neogen dövrü Alp qırışıqlıq sisteminin formalaşmasının sonu və müasir vəziyyətə yaxın oroqrafiyanın tədricən yaranması dövrüdür. Bu dövrdə ən yüksək dağ silsilələri-Alplar, Balkanlar, Atlas, Apennin, Kiçik Asiya, Krım, Qafqaz, Himalayların formalaşması başa çatır. Eyni zamanda, iri qırışıqlıq vilayətləri Sakit okeanın kənarlarında - Anadır, Kamçatka, Saxalin, Yaponiya, FilippinYeni Qvineyada, KordilyerlərinAnd dağlarının sahilyanı hissələrində yaranmışdır. İntensiv dağəmələgəlmə prosesi güclü vulkanik fəaliyyət ilə müşayiət olunmuşdur. Şaquli ehtizazi hərəkətlər nəticəsində bir çox hövzələrin ölçüləri və forması get-gedə dəyişilmiş, onların okeandan təcrid olunması intensivləşmişdir.

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Neogen dövrü sonunda dağlıq rayonlarda buzlaşmaya səbəb olmuş soyuqlaşma baş vermişdir. Yerüstü faunafloranın inkişafında böyük dəyişikliklər olmuşdur. Hazırda mövcud olan məməlilərin fəsilələri və bir sıra cinsləri: ayılar, kaftarlar, itlər, mastodontlar, nəhəng pələnglər, gərgədanlar, marallar, kəllər, hipparionlar, gəmiricilər, meymunlar, o cümlədən insanabənzər meymunlar meydana gəlmişdir. Üst Miosendə AvrasiyaŞimal Amerika arasında əlaqə yaranmış, bir vilayətdən digərinə faunanın miqrasiyası baş vermişdir. Cənub Amerikada məməlilər faunası Neogenin sonunda nəsli kəsilmiş natamamdişlilərdırnaqlılarla, yastıburun meymunlarla və kisəlilərlə təmsil olunmuşdur. Pliosendə Şimal Amerikadan Cənub Amerikaya faunanın miqrasiyası baş vermişdir. Avstraliya, Paleogendə olduğu kimi, Neogen ərzində də ancaq ibtidai məməlilərin (kisəlilərin) təcrid edilmiş inkişaf sahəsi olaraq qalırdı. Neogen dənizlərində, nummulitlər istisna olunmaqla, Paleogen qrupları yaşayırdı. Neogen dövrünün bitkiləri, bəzi Paleogen nümayəndələri istisna olmaqla, demək olar ki, tərkibcə müasir bitkilərdən ibarətdir. Mötədil qurşaqlarda tropik və subtropik bitkilər yarpaqlı flora ilə əvəz edilir; çöl və meşə-çöl sahələri əmələ gəlir. Bu zaman yarpaqlı floranın cənuba doğru irəliləməsi davam edirdi. Neogenin sonunda tayqatundra bitkiləri meydana gəlir, qitələrin şimal hissəsi iynəyarpaqlı meşələrlə örtülür.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.