Dichagyris pfeifferi

Dichagyris pfeifferi (lat. Dichagyris pfeifferi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin dichagyris cinsinə aid heyvan növü.

Dichagyris pfeifferi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Növ:
Dichagyris pfeifferi
Beynəlxalq elmi adı
  • Dichagyris pfeifferi

Qanadları açılmış halda 35–38 mm-dir. Ön qanadlar açıq-sarıdır, azacıq çəhrayı rəngə çalır. Qanadın əsasından ortasına qədər pazşəkilli qara çizgi uzanır. Yumru və böyrəkşəkilli naxışlar aydın görsənir. Arxa qanadları ağdır. Ön və arxa qanadların kənarları qara rəngdə haşiyələnmişdir.

Yayılması və sayı

[redaktə | mənbəni redaktə et]

Kiçik Asiyada, Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun 1800–2000 m hündürlükdə yerləşən Kükü kəndindən sentyabrın 15-də toplanmışdır. Azsaylıdır, cəmi 3 kəpənəyi işıq vasitəsi ilə tutulmuşdur.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Daşlı yamaclar və seyrək kolluqlarda yaşayır. Həyat tərzi haqqında məlumat yoxdur. Kəpənəyi avqustun axırlarında və sentyabrda uçur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması və yoluxması məhdudlaşdırıcı amillərdəndir.

Qorunması üçün məsləhət görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşadığı ərazidə yasaqlıq təşkil etmək lazımdır. Kəpənəyin biologiyası öyrənilməlidir.