Didro effekti

Didro effekti (ing. Diderot effect) — Qrant Makkraken tərəfindən 1988-ci ildə formalaşdırılmış bir konseptdir.[1] Bu, bir alıcının yeni bir əşya alarkən bu əşyanın cazibəsinin təsiri ilə, bu əşyaya layiq görmədiyi köhnə əşyalarını dəyişdirib yeni əşyalar almasıdır. Yəni bir məhsul alarkən alıcı bu məhsulun səviyyəsinə uyğun digər məhsullar alır.

Terminin mənşəyi[redaktə | mənbəni redaktə et]

Bu termin fransız filosofu Deni Didronun (1713–1784) bir hekayəsinə əsasən götürülüb. Fransız filosof yazır ki, bir gün ona bahalı pijama hədiyyə edirlər. Bu gözəl və bahalı pijamanı hədiyyə alandan sonra Didro ona uyğun gəlmədiyi, ona yaraşdırmadığı evindəki digər əşyaları da dəyişdirir və nəticədə bir vaxt sonra çox borclanır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. McCracken, Grant Culture and Consumption: New Approaches to the Symbolic Character of Consumer Goods and Activities. Indiana University Press, Bloomington and Indianapolis, 1988 ISBN 0-253-31526-3; pp. 118–129