Dietologiya — Sağlamlığı öyrənən elm.
Dietologiya bölməsi sağlam insanın düzgün qidalanmasıyla bağlı bütün məsələlərlə, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən və xüsusi qidalanmaya ehtiyacı olan bir qrup insanların qidalanmasıyla məşğul olur. Şöbənin işi, insan sağlamlığını möhkəmlədən faktorların ayrılmaz bir hissəsinin qidalanma olmasının tam anlayışında əsaslanır. Dietologiya bölməsi artıq çəkini təhrik edən xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Dietologiya sadəcə yemək haqqında elm yox, artıq çəkinin səbəblərini(endokrinoloji problemlər, kardioproblemlər, qastroentroloji problemlər və s.) əks etdirən daha dərin anlayışdır.[1]
1929-cu ildə Niderlandın Utrext Universitetinin alimi Kristian Eykman nevritə qarşı vitamin kəşfinə görə və Böyük Britaniyanın Kembric Universitetinin alimi Frederik Hopkins böyüməni stimullaşdıran vitaminlərin kəşfinə görə hər ikisi Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşlər.[2]