Qastroenterologiya – tibbin həzm sisteminin quruluşunu və funksiyalarını, həmçinin xəstəliklərini və onların müalicə və profilaktikasını öyrənən bölməsidir.[1]
Xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, qastroezofagial reflyuks, xroniki kolit, xroniki virus hepatitlərinin geniş yayılması qastroenterologiyanı tibbin ən vacib sahələrindən biri etmişdir.[2]
Həzm sisteminin müxtəlif şöbələrinin xəstəliklərini, müalicə və profilaktikasını əhatə edir. Bu sistemə qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri, yoğun bağırsaqlar, həmçinin hepatologiya bölməsində birləşdirilən – qaraciyər, öd kisə və ödçıxarıcı yollar, mədəaltı vəzi daxildir.
Həzm sisteminin müxtəlif orqanlarının xərçənginin, öd kisə və ödçıxarıcı yollarda daş və şişlərin, bağırsağın qurd xəstəliklərinin, qaraciyərin infeksion xəstəliklərinin aşkarlanması və pasiyentin lazımi mütəxəssisə yönləndirilməsi istiqamətində də diaqnostik əhəmiyyət daşıyır.
axalaziya, reflüks və ya başqa səbəbdən yaranan ezofagit, Barret qida borusu, diaqfraqmanın qida borusu dəliyinin yırtığı.
qastrit, xora xəstəliyi, müxtəlif dispepsiya halları (ürəkbulanma, qıcqırma və gəyirmə kimi əlamətlərlə gediş alan xəstəliklər), mədə sallanması, motorika pozuntuları. Mədənin isti xəstələlikləri susuzluq və soyuq içkilər içdikdə yüngüllük yaranması ilə xarakterizə olunur. Mədədə ağırlıq hissi yarandıqda əvvəlcə iskəncəbi ilə isti su içib qusmaq lazımdır. Sonra heyva iskəncəbini vermək. Belə xəstəyə nar və limon şirəsi, ravənd kökünün şirəsi, turş sitron şirəsi və səndəl ağacı meyvələrinin şirəsi faydalıdır. Əgər zərərli maddələr mədənin dərinliyinə nüfuz etsə və qusmaq çətin olsa, onu mirobalan, əzvay və acı iyarac həlimindən ibarət tərkib ilə təmizləmək lazımdır. Həmçinin nar şirəsi ilə soyumuş söyüd şirəsi faydalıdır. Mədənin soyuq xəstəliklərinin əlamətləri daimi aclıq hissi, turş gəyirmə, köpmə, çox qaz əmələgəlmə və güclü susuzluqdur. Əgər mədədə ağırlıq yaranarsa, hər şəydən əvvəl şüyüd həlimi və ya digər oxşar vasitələrlə qusdurmaq sonra acı iyarac içirtmək lazımdır. Əgər daha dərin təmizləməyə ehtiyac yaranarsa, xəstəyə istamqixun vermək lazımdır. Təmizklədikdən sonra şəkərlənmiş zirə və zəncəfil, muskus, Mitridad balzamı və böyük teryaq verilir. Belə xəstələrə 9,36 qram qızılgül ləçəkləri, 3,12 qram əzvay 3,12 qram saqqız ağacı gitrəsi 3,12 qram nar çiçəyi, 3,12 qram ətirli cığ, 3,12 qram acı yovşan , 3,12 qram seylon darçınından cuvarış və zirə həlimi faydalıdır. Bundan sonra razyana toxumu həlimi içilir. İştahasını itirmiş və zəiflik hiss edən adam sakit həyat tərzi keçirməlidir, özünü izafi yükləməməlidir, müntəzəm olaraq hamamda yuyunmalı və bədəninə yağ sürtməlidir. Düyü, zəncəfil və bal qarışığı, sirkədə arpa iştahanı bərpa edə bilər.
Qızardılmış ətin iyi və təzə bişirilmiş çörəyin iyi iştahanı yaxşılaşdıra bilər.
1. Зейнаддин ибн Абу Ибрагим Исмаил ал – Джурджани. КРАТКИЙ МЕДИЦИНСКИЙ СПРАВОЧНИК ДРЕВНОСТИ, Баку. 2019. C.174.
2. NKPİ.az saytı 2020–11-01
duodenit, xora xəstəliyi, spazmlar.
müxtəlif fermentativ çatışmazlıqlar zamanı rast gəlinən xəstəlikləri (məs., seliakiya), sorulma pozuntuları, divertikulları,
kolit, qıcıqlanmış bağırsaq sindromu, qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, bağırsaq disbakteriozu, ishal və qəbizliklə gediş alan xəstəliklər,
metabolik və viruslu hepatitlər, hemangiomalar, autoimmun hepatit, qaraciyərin alkohol xəstəliyi, piylənməsi, dərman zədələnmələri, hemaxromatozlar,
xolesistit, xolangit, "öd durğunluğu" ilə müşayiət olunan irsi və qazanılmış xəstəliklər,
onun müxtəlif iltihabi xəstəlikləri, ekzokrin disfunksiyaları və s. aiddir.[1]