Diktor

DiktorLatın dilindən tərcümədə "danışan" deməkdir. Radioteleviziyada diktorun vəzifəsi jurnalist tərəfindən yazılan mətni səsləndirməkdir. Bunun üçün diktor nəinki gözəl səsə, o cümlədən aydın tələffüzə və aktyorluq qabiliyyətinə malik olmalıdır. Onlar xəbərlərin mətnini oxuyur, reklam roliklərinin qəhrəmanları onların səsi ilə danışır, anonsları səsləndirirlər.

90-cı illərin əvvəllərində məlum oldu ki, seyirçiyə və dinləyiciyə düzgün məlumat çatdırılmır. Onda bir çox xəbərlər proqramında özgə mətnini oxuyan diktorlar həm proqram hazırlayan, həm də aparan jurnalistlərlə əvəz olundular.