Dilək boğazı (türk. Dilek Boğazı) və ya Dar boğaz[1], Mikale boğazı (yun. Στενό της Μυκάλης) – Yunanistanın Samos adasını Kiçik Asiya yarımadasındakı Aydın ilindəki Quşadası bölgəsindən ayıran dar bir boğaz. Samsun dağlarının (Dilek, Mikale) Egey dənizinə girdiyi nöqtədə yerləşir. Ən dar yeri 1,6 km-dir və bu yunanların Egey adalarını Türkiyə sahillərindən ayıran ən dar boğazdır.
Dilək boğazı | |
---|---|
türk. Dilek Boğazı, yun. Στενό της Μυκάλης | |
Ümumi məlumatlar | |
Eni | 1,5 km |
Uzunluğu | 61 km |
Ən böyük dərinliyi | 167 m |
Yerləşməsi | |
37°40′59″ şm. e. 27°00′00″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Boğazda Bayraq adası yerləşir[2].
Boğazın materik sahili boyunca Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı yerləşir.
Dilək boğazının cənubunda, Yerond boğazının sahilində Geson çayı və Skolopoent (indiki Doğanbey) bölgəsində Mikalenin cənub yamaclarında, eramızdan əvvəl 479-cu ildə meydana gələn, II Leotixid və Ksantippin rəhbərliyi altında yunanların farsları məğlub etdiyi məşhur Mikale döyüşü baş tutmuşdur.