Dilək Yarımadası və Böyük Menderes Deltası Milli Parkı (türk. Dilek Yarımadası-Büyük Menderes Deltası Millî Parkı) — Qorunma hüququna malik olan Milli park, Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Aydın ili və Quşadası rayonuna daxildir. Dilək yarımadasının 10, 985 ha ərazisi 19 may 1966-cı ildə milli park statusu alır. 1994-cü ildə onun ərazisinə Böyük Menderes deltası parkın ərazisinə daxil edilmişdir. 1994-cü ildə milli parkın ərazisi 16 690 ha ərazi böyümüşdür[1]
Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı | |
---|---|
türk. Büyük Menderes Deltası Millî Parkı | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 27675 ha |
Yaradılma tarixi | 19 may 1966 |
Faunası | Adi vaşaq, Qaban |
Yerləşməsi | |
37°40′08″ şm. e. 27°09′42″ ş. u. | |
Ölkə | Türkiyə |
Rayon | Quşadası |
Yaxın şəhər | Balıqəsir |
Rəsmi səhifə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Parkın ərazisi rəngarəng bitki və heyvalar aləmi ilə zəngindir. Parkın ərazisi Ramsar konvensiyası, Bern konvensiyası, Bioloji müxtəliflik haqqında konvensiya, və Barselona konvensiyası ilə qorunur.[1][2]
Temperatur və iqlim rəngarəngliyi səbəbindən park ərazisində təkcə Egey florası deyil həm də bütün Türkiyə ərazisində rasyt gəlinən bitki örtüyünə rast gəlmək olar. Burada Aralıqdənizi regionu, Mərmər dənizi regionu və Qaradənizi regionuna xas bitkiləri görmək olur[3]. Milli park ərazisində 800 növ bitki yetişir. Bunun səkkiz növü endemikdir. Üstəlik park ərazisində 30 aborigen növ vardır.[1] Parkda yayılmış ağac və kollar: Pyrus elaeagrifolia, Eldar şamı (Pinus brutia) və Aşi sumaq (Rhus coriaria).[1]
Çöl Qabanları (Sus scrofa) park ərazisində sahil zonasına tez-tez baş çəkirlər. Səbəb isə turistlər tərəfindən atılan qida qalıqlarıdır.[4] Yarımadanın meşələrində redgion üçün tipik olan Adi çaqqal (Canis aureus) və Adi vaşaq (Lynx lynx), üstəlik bölgə üçün nadir hallarda müşahidə edilən Zolaqlı kaftar (Hyaena hyaena) və Qaraqulaq (Caracal caracal)[1] kimi heyvanları müşahidə etmək olar.
Park ərazisində 250 növ quş yayılmışdır. Onlardan Kiçik qarabattaq (Microcarbo pygmeus), Kiçik ağ vağ (Egretta garzetta), səhra qızılquşu (Falco naumanni), Charadrius alexandrinus Ağquyruq dəniz qartalı (Haliaeetus albicilla) və Qıvrımlələk qutan (Pelecanus crispus) park ərazisində yuva quraraq bala çıxarır. Dəniz faunası Egey dənizinə xasdır.[1][3]