Dil testi

Dilbilmə səviyyəsinin qiymətləndirilməsi və ya dil testi - tətbiqi dilçiliyin bir bölməsi olub, təhsil alan zaman, işə qəbul zamanı, vətəndaşlıq alarkən və s. də ana dilinə və ya xarici dilə hansı səviyyədə hakim olduğunun müəyyən edilməsi ilə məşğul olur.

Testləşməyə mətni və şifahi nitqi başa düşmə bacarığı, danışıq və mətn yazma vərdişi, həmçinin, mədəni elementlər bilikləri kimi mövzular daxildir. Bəzi testlər özündə dilin nəzəri biliklərini(passiv), bəziləri isə məhz dilbilməni(aktiv)cəmləşdirir.

Danışıq səviyyəsini qiymətləndirməklə işverənlərlə yanaşı tədris müəssisələri, həmçinin, TOEFL, IELTS, SAT və s. kimi xüsusi təşkilatlar da məşğul olurlar.