IELTS (abbr. International English Language Testing System; ing. Beynəlxalq İngilis Dili İmtahanı Sistemi) - ana dili İngilis dili olmayanlar üçün İngilis dilinin beynəlxalq standartlaşdırma testi.
- ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə İngilis dili imtahanlarından keçmək lazımdır. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri “İngilis dili xarici dil qismində” mənasını verən TOEFL-dur. Digəri isə “Beynəlxalq İngilis dili İmtahanı sistemi” anlamına gələn IELTS-dir . IELTS testləri daha çox 121 ölkədə təşkil edilir. Bu imtahanların hər ikisini Azərbaycanda da vermək olar. IELTS-in icraçı direktoru Beril Meyronun sözlərinə görə, bu imtahanda da iştirakçıların sayı eyni olur. Xanım Meyron deyir ki, hazırda ABŞ-də 2 mindən çox universitet və kollec IELTS imtahanını qəbul edir. Ali təhsil ocaqları bu imtahanları bakalavr, magistr və ya hər iki dərəcə üçün istəyə bilər. IETLS yazılı imtahandır. IELTS-də də 4 qabiliyyət sınağa çəkilir: Oxu, yazı, danışıq və dinləmə. Ancaq IELTS-də danışıq testi üzbəüz müsahibə formatında keçirilir. İmtahan verən şəxs ESOL-dan qeydiyyatdan keçən müəllimlə danışır. ESOL “Başqa dildə danışanlar üçün İngilis dili” adlı qurumdur. Hər kəs eyni danışıq və dinləmə testindən keçir. Ancaq yazı və oxu üçün iki seçim var: Akademik və ya ixtisaslaşmış. Bu imtahanın qiyməti ölkədən ölkəyə fərqlənir. Ancaq Beril Mayron deyir ki, orta hesabla imtahan 160 dollardır.
- İELTS imtahanı 4 mərhələdə keçirilir: Dinləmə, oxuma, yazma və danışma.
Dəyərləndirmə
IELTS imtahan qiyməti 1-9 arası müəyyən olunur.
- 9 (Ekspert): Dilə tamamən hakimdir, yerində və doğru istifadə ilə yanaşı axıcı bir danışma və tam anlama qabiliyyəti.
- 8 (Çox yaxşı): Dilə tamamən sahib olmaqla yanaşı sadəcə nadir tutarsızlıqlara sahibdir. Sıx qarşılaşmayan vəziyyətlərdə yanlış anlaşılmalar ola bilər. Qarışıq vəziyyətlərdən baş çıxara bilər.
- 7 (Yaxşı): Dilə hakim olmaqla bərabər bəzi sıxlıqlarda tutarsızlıqlar və yanlış anlaşılmalar ola bilər. Qarışıq vəziyyətlərdən baş çıxara bilər və detallı anlatmaları anlayar
- 6 (Bacarıqlı): Ümumi olaraq dilə hakim olmaqla bərabər bəzi tutarsızlıqlar və yanlış anlaşılmalar yaşanar. Sıx vəziyyətlərdə qarışıq bir dil istifadə edə bilər.
- 5 (Məqbul): Dilə qismən hakimdir, çox vəziyyətdən baş çıxara bilsə də xətalar edər. Özlüyündə təməl biliklərə hakimdir.
- 4 (Sərhədli): Təməl biliklər sadəcə tanış şərtlər daxilində keçərlidir. Qarışıq vəziyyətlərdə sıx-sıx problemlər yaşayar.
- 3 (Çox sərhədli) Çox tanış məsələlərdə sadəcə ümumi vəziyyəti anlaya bilər və anlada bilər.
- 2 (Kəsintili): Sadəcə çox tanış məsələlərdə və sərhədli kəlmə qrupları xaricində həqiqi bir dialoq mümkün deyil.
- 1 (Dili bilmir): Bir-biriylə əlaqəsi olmayan bir neçə söz xaricində dili istifadə edə bilmir.
- 0 İmtahanda iştirak etməyib və ya dolayısıyla haqqında heç bir məlumat alınmayanlar üçün istifadə edilir.