Dilan Kunt Ayan

Dilan Kunt Ayan (1989, Viranşehir[d], Şanlıurfa ili) — hüquqşünas, qadın hüquqları fəalı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Dilan Kunt Ayan
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023Şanlıurfa
Şəxsi məlumatlar
Doğum tarixi 1989
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
  • İstanbul Kültür Universiteti[d]
Fəaliyyəti vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dilan Kunt Ayan 1989-cu ildə Şanlıurfa ilinin Viranşehir ilçəsində anadan olub. İstanbul Kültür Universiteti Hüquq Bölməsindən məzun olub.[1]

Hüquqşünas olaraq 2013-2016-cı illərdə Şanlıurfa Vəkillər Kollegiyasında, 2016-2023-cü illərdə isə Van Vəkillər Kollegiyasında çalışıb. Şanlıurfa Vəkillər Kollegiyasında Qadın Hüquqları Komissiyasında təmsil olunub. 2021-ci ildən Van Vəkillər Kollegiyasında İdarə Heyətinin üzvü və Qadın Hüquqları Komissiyasından məsul sədr müavini vəzifəsində çalışır.[1]

Şanlıurfa Yaşam Evi Qadın Həmrəyliyi Dərnəyinin üzvü, Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyinin İdarə Heyətinin üzvü, İnsan Hüquqları Dərnəyi Van şöbəsinin Təftiş Şurasının sədri və Van Star Qadınlar Dərnəyinin sədri vəzifələrində də təmsil olunub.[1]

Avropa Şurası və Türkiyə Vəkillər Kollegiyaları İttifaqının birgə apardığı AİHM bacarıqlarının artırılması layihələrində təlimçi olaraq çalışıb. BMT Qadınları tərəfindən aparılan və Uçan Süpürgə Fondu tərəfindən aparılan “Qadınların ədalətə çıxışı və insan hüquqları mexanizmləri” layihəsində də təlimçi olaraq çalışıb.[1]

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

Kürdcə bilir. Evli və 1 uşaq anasıdır.[1]

  1. 1 2 3 4 5 6 7 TBMM. "Dilan KUNT AYAN". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.