Dilarə Əliyeva (dirijor)

Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin]

Dilarə Əliyeva
Ümumi məlumatlar
Doğum tarixi (70 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyət illəri 1973-2021
Təhsili Azərbaycan Dövlət Konservatoriyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2008

Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır.

1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb. 1978–1980-ci illərdə – 15 nömrəli musiqi məktəbində çalışmışdır. 1980–1994-cü illərdə – Lenin adına Azərbaycan Pedaqoji universitetində müəllim kimi çalışmışdır. 1994–2012-ci illərdə – Bülbül adına orta ixtisas musiqi məktəbində xor-dirijorluq şöbəsində müəllim. 1997-ci ildə – "Qız qalası" xorunun yaradaaq bədii rəhbəri olur. 2000-ci ildən – "Qız qalası" xoru Azərbaycan Dövlət Xor Kapellasının tərkibində fəaliyyətinə davam etdirərək "Uşaq xoru" adlanır. 2012-ci ildən – Dövlət Uşaq Filarmoniyasına direktor vəzifəsinə təyin olunur (bu günə qədər direktor vəzifəsində çalışır). 2017-ci ildən Azərbaycan Milli Konservatoriyasında tələbə xorunun rəhbəri-müəllim kimi fəaliyyət göstərmişdir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]